Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Etnik müharibə: üç ayrı orduda xidmət edən bir ailənin üzvləri


Zoran Laketa
Zoran Laketa
Zoran Laketa döyüşün nə demək oduğunu yaxşı bilir. Həm də onu yaxşı bilir ki, döyüş zamanı səngərin qarşı tərəfində sənin qardaşın da ola bilər, atan da.

Gözoxşayan təbiəti olan və müxtəlif xalqların birgə yaşadığı Mostar şəhərində müharibə başlamamışdan əvvəl Laketa və onun etnik serb ailəsi şəhərin şərq tərəfində sakit, xoşbəxt həyat yaşayırdılar. Ancaq 1993-cü ildə etnik zəmində başlayan müharibə onların dinc həyatını alt-üst etdi. Onlarla, bəlkə də yüzlərlə ailə parçalandı.

Laketa özü, qardaş və atası hərəsi bir-biri ilə döyüşən 3 ayrı orduda xidmət etməli olurlar: «Onda mənim 25 yaşım var idi. Mən baş verənləri sadəcə üsyan adlandırıram. İnsanlar bunu özləri istədikləri kimi adlandıra bilərlər - özünümüdafiə döyüşləri, müstəqillik uğrunda müharibə, təcavüz, ya da başqa şey. Bunun əhəmiyyəti yoxdur. Mən buna qiyam deyirəm. Çünki o mənim həyatımı 25 yaşımda dayandırıb».

Mostordakı döyüşlərdə 5 midən çox adam ölüb. On milərlə insan evindən didərgin düşüb. Laketa deyir ki, müharibədən əvvəl o etnik məsələ barədə düşünməzdi:

Mostarda silahlar susandan 20 il keçməsinə baxmayaraq şəhər hələ də əvvəlki vəziyyətinə qayıtmayıb
Mostarda silahlar susandan 20 il keçməsinə baxmayaraq şəhər hələ də əvvəlki vəziyyətinə qayıtmayıb
«Hamı kimi yaşayırdım. Mostor dünyada çoxlu qarışıq ailələrin olduğu şəhər kimi tanınırdı. Son vaxtlara qədər bilmirdim ki, kimi bosniyalı, kim xorvat, kim serbdir. Ona görə də düşünmürdüm ki, bu şəhərdə nəsə ola bilər. Mənim 25, qardaşımın 23 yaşı var idi».

Döyüşlər başlayanda Laketa, qardaşı Goran və artası Rojko Yuqoslaviya Milli Ordusuna qoşulmaq üçün davamlı təzyiqlərə məruz qalırdılar. Yuqoslaviya ordusu həmin vaxt şəhəri iki yerə bölən Neretva çayını şərq sahilinə nəzarət edirdi. Tezliklə atası orduya çağırılır. İki qardaş isə şəhərin qərb hissəsinə qaçırlar. Zoranın qız dostunun evinə gəlirlər. Bu günə qədər də Zora atasının taleyi haqda heç nə bilmir. Bircə onu bilir ki, atası onları görmədən ölüb.

1992-ci ilin ortalarında Yuqoslaviya ordusu geri çəkiləndən sonra Goran evinə qayıdır. 1993-cü ilin mayında şəhərin bosniyalı və xorvat icmaları arasında döyüşlər alovlanır. Qardaşlar cəbhənin müxtəlif hissələrinə düşürlər. Goran müsəlmanların Bosniya-Hersoqovina ordusuna, Zoran isə Xorvatiya Müdafiə Şurasına cəlb olunur. Müharibə təkcə qardaşları yox, həm də dostları üz-üzə qoymuşdu. Zoranın ən yaxın dostu olan Adis Goranla birlikdə Bosniya ordusunda idi. İndi Zoranın bildiyi odur ki, qardaşı və dostu Adis 1993-cü ilin avqust döyüşlərində həlak olub. Zoran Laketa deyir ki, əslində mən faktiki olaraq ən yaxın dostuma və qan qardaşıma atəş açmışam.

Mostarda silahlar susandan 20 il keçməsinə baxmayaraq şəhər hələ də əvvəlki vəziyyətinə qayıtmayıb. Şəhər iki hissəyə parçalanıb. Şəhərin qərb tərəfi xorvatların, şərq tərəfi isə müsəlmanların nəzarətindədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG