Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:22

SOCAR «Eurovision-2012» mahnı müsabiqəsinin rəsmi tərəfdaşı seçilib


«Eurovision-2012» loqosu
«Eurovision-2012» loqosu
Azərbaycan Dövət Neft Şirkəti (SOCAR) Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin rəsmi tərəfdaşı seçilib.

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Avropa Yayım Birliyi (EBU) açıqlayıb ki, dünyanın böyük neft şirkətlərindən biri olan SOCAR «Eurovision -2012»nin rəsmi tərəfdaşı kimi çıxış edəcək.

«Eurovision.tv»nin direktoru və EBU-nun nümayəndəsi Yorqan Frank (Jørgen Franck) deyib ki, onlar bu tərəfdaşlıqdan məmnundurlar: «Səbirsizliklə gözləyirik ki, üzümüzə gələn aylarda biz çox yaxşı əməkdaşlıq edəcəyik və onların da dəstəyi ilə yüksək səviyyəli, möhtəşəm şou həyata keçiriləcək».

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanda keçiriləcək 57-ci «Eurovision» yarışmasının əsas tərəfdaşlarından biri kimi çıxış etməyə çox şad olduqlarını ifadə edib: «Bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, qonaqlar Azərbaycandan razı qalacaq. Biz müsabiqənin ən yüksək səviyyədə keçirilməsi və iştirakçıların, ölkəmizin qonaqlarının Bakıda keçirəcəkləri günlərindən tam məmnun olmaları üçün əlimizdən gələni edəcəyik».
XS
SM
MD
LG