Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:03

"Eurovision"un finalına bilet qurtardı!


Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsinin biletləri bir neçə saat ərzində satılıb.

APA-nın məlumatına görə, martın 15-də yerli vaxtla 15:00-da satışa çıxan biletlər axşam saatlarına qədər satılıb qurtarıb. Mayın 26-da keçiriləcək final konsertinin biletləri 160-240 manat arasında olub.

Qeyd edək ki, mayın 22-si və 24-də keçiriləcək yarımfinallara, bu mərhələlərin əsas məşqlərinə biletlər əldə etmək isə mümkündür.

Eyni zamanda mayın 25-də keçiriləcək final şousunun münsiflərin səs verəcəyi əsas məşqin biletləri də satışdadır. Bu məşq final şousu ilə eynidir.
XS
SM
MD
LG