Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 12:20

«Exo Moskvı» ətrafında nə baş verir?


Aleksey Venediktov və Baş nazir Vladimir Putin
Aleksey Venediktov və Baş nazir Vladimir Putin
Rusiyanın görkəmli liberal radiostansiyası «Exo Moskvı»nın direktorlar şurası şirkətin əsas səhmdarı «Gazprom-Media»nın tələbi ilə buraxılıb.

«Exo Moskvı» radiostansiyası bu addımdan təəssüfünü bildirib, deyib ki, yeni direktorlar şurasına seçkilər bu ilin martında baş tutacaq.

Radiostansiyanın baş redaktoru Aleksey Venediktov deyib ki, «Qazprom»un bu qərarı onu direktorlar şurasından faktiki uzaqlaşdırıb: «Amma bunun tənqidçi radiostansiyanın redaksiya siyasətinə təsiri olmayacaq».

«VALENTİN HƏDİYYƏSİ»

Venediktov «Twitter» səhifəsində dəyişiklikləri istehza ilə «Qazprom»un «Valentin hədiyyəsi» kimi dəyərləndirib.

«Qazprom Media»nın bu qərarından bir ay əvvəl baş nazir Vladimir Putin açıq şəkildə «Exo Moskvı» və Venediktovu «gecə-gündez» onu tənqid etməkdə və xarici maraqlara xidmət etməkdə günahlandırıb.

Putin və Rusiya mediası nümayəndələri arasında keçirilən görüş zamanı mübahisə yaranıb.

Öz karyerasını yenidən prezident kimi davam etdirmək istəyən Putin müxalifəti hakimiyyətlə danışıqlardan boyun qaçırmaqda suçlayıb:

«Onlar deyirlər ki, «biz dialoq istəyirik… amma hakimiyyət bizi eşitmir». Biz onları dəvət etdik, onlar gəlmədilər. Sual edirəm: «onlar nə istəyirlər? Demək istəyirlər dialoq yoxdur, yoxsa bu dialoqun olmasını istəmirlər?».

Yanvarın 18-i baş tutan görüşdə baş nazir onu da deyib ki:

«Siz gecə-gündüz məni sancanda mən heç incimirəm, amma mən iki kəlmə söz deyən kimi siz o saat özünüzü təhqir olunmuş hesab edirsiz».

«RƏHBƏRLİK MÜSTƏQİL MEDİADAN QORXUR»

Radiostansiyanın baş redaktoru Aleksey Venediktov
Radiostansiyanın baş redaktoru Aleksey Venediktov
«Exo Moskvı»nın jurnalistləri arasında belə bir fikir var ki, «Qazprom Media»nın radioda dəyişiklik etmək qərarı Putinin həmin tənqidi qeydi ilə əlaqədardır. Başqa sözlə, «Qazprom Media»nın Rusiya rəhbərliyinin radio haqda tənqidinə reaksiya verməkdən başqa çıxış yolu yoxdur.

«Qazprom Media»nın radiostansiyanın direktorlar şurasından uzaqlaşdırdığı iqtisadçı Yevgeny Yasin AzadlıqRadiosunun rus xidmətinə baş verənləri belə şərh edib:

«Görünən odur ki, ölkə rəhbərliyi müstəqil mediadan qorxur və üzləşə biləcəkləri hər hansı problemə qarşı ölçü götürürlər».

Direktorlar Şurasının dəyişdirilməsi nəticəsində iki müstəqil direktor vəzifəsindən uzaqlaşdırılıb, bundan başqa «Qazprom Media»nın dörd, «Exo Moskvı»nın isə üç nümayəndəsi işdən çıxarılıb.

Radiostansiyadan bildiriblər ki, şirkətin jurnalistləri və səhmdarları bu dəyişikliyi, başqa sözlə bu işdən çıxarmaları «ədalətsizlik» hesab edirlər.

Prezidentliyə namizəd milyarder Mixail Proxorov
Prezidentliyə namizəd milyarder Mixail Proxorov
Rusiyanın ən böyük media holdinqlərindən olan «Qazprom Media» «Exo Moskvı»nın 66 faiz səhminə sahibdir. Radiostansiyanın jurnalistləri isə 34 faiz payçıdırlar. Əsas səhmdar kimi «Qazprom-Media» holdinq şirkəti «Exo Moskvı» radiosunun direktorlar şurasının buraxılmasını, bu şuraya daxil olan müstəqil direktorların şuradan çıxarılmasını tələb edib.

Bundan sonra radiostansiyanın baş redaktoru Venediktov və onun müavini
Varfolomeyev direktorlar şurasından çıxdıqlarını bildiriblər.

YARDIM TƏKLİFİ

Prezidentliyə namizəd milyarder Mixail Proxorov isə «Exo Moskvı»nın jurnalist heyətinə yardım təklif edib.

O, öz bəyanatında bildirib ki, jurnalistlərin «Exo Moskvı»da «Qazprom-Media»ya məxsus payı almalarına kömək edə bilər.O, bunun üçün yaradıcı heyətə əlverişli kredit təklif edib.

Sayta hazırladı: Ülkər Akifqızı
XS
SM
MD
LG