Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 02:52

Putin korrupsiyanı etiraf edir


Rusiyanın baş naziri, prezidentliyə namizəd Vladimir Putin etiraf edir ki, Rusiyada sistemli korrupsiyadır, biznes mühiti qənaətbəxş deyil, enerji ixracından yolverilməz asılılıq var.

Putin bunları Rusiyanın “Vedomosti” gündəlik biznes qəzetində yazır.

Putinin idarəçiliyi haqda tənqidi yazıların geniş yer aldığı “Vedomosti” Putinin yeni məqaləsini tam verib, ancaq məqaləyə geniş şərh də verib.

Əvvəlcə Putinin fikirləri.

Putin iqtisadiyyat haqda yazır ki, “iqtisadiyyat bizə nə sabitlik verirsə, nə suverenlik, nə də rifah , belə iqtisadiyyat Rusiya üçün yolverilməzdir.”

Putin prezident Medvedevin iqtisadi uğursuzluğunu da tənqid edib. O yazır ki, ötən illər Medvedevin təşəbbüsü ilə biznes mühiti yaxşılaşdırmaq məqsədilə islahatlara cəhd olundu, ancaq əhəmiyyətli ərəliləyiş əldə olunmadı.

Putin söz verir ki, martın 4-dəki prezident seçkilərindən sonra Rusiyada tamamailə yeni iqtisadiyyat qurulacaq.

İndi isə “Vedomosti” nin şərhləri.

“Vedomosti yazır ki. Putinin məqaləsində “etməli” sözü 32 dəfə işlənir, “edəcəyik” 19 dəfə, “lazımdır” – 17 dəfə, “zəruridir” – 11 dəfə.

“Vedomosto soruşur ki, “Kim etməlidir?”, “Bəs onda Putin bu son illər nə ilə məşğul olub?”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG