«Bilmirik dərdimizi kimə deyək. Əziz prezidentimizdən xahiş edirik, imkanı varsa, baxıb görsün qaçqınlar burada nə zülm çəkir».
«PREZİDENTƏ, MEHRİBAN XANIMA MÜRACİƏT EDİRƏM»
«İcra hakimiyyətinin yanına gedirəm, müavinin yanına göndərir. Müavinin yanına gedirəm, deyir «sizin orada nümayəndəniz var, gedin ona deyin dərdinizi». Prezidentə, Mehriban xanıma müraciət edirəm, bizə kömək etsinlər. Əgər Azərbaycanda bizə yer yoxdursa, Türkiyənin baş naziri Ərdoğana müraciət edək ki, bizə bir yer versin, çıxaq gedək».
Bunlar Naftalanda məskunlaşmış məcburi köçkünlərin dedikləri idi. Onlar hesab edirlər ki, prezidentin sərəncamı ilə tikilən evlər icra strukturları tərəfindən ədalətsiz paylanır.
«Bütün dövlət orqanları bilirlər bizim başımıza gətiriləni. Niyə dövlət orqanları bu işi ört-basdır edirlər? Bizə yazıqları gəlmir?»
Bu isə “Fuad MMC” tikinti şirkəti tərəfindən aldadıldığını bildirən vətəndaşların şikayətləri idi.
Belə müraciətlər AzadlıqRadiosunun arxivində yetərincədir.
MÜRACİƏTLƏR ARTIB, ŞİKAYƏTLƏR AZALIB
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov fevralın 9-da «Azərbaycan» qəzetində dərc edilən məqaləsində bildirir ki, əvvəlki illərə nisbətən 2011-ci ildə adminstrasiyaya hüquq-mühafizə, məhkəmə, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, tikinti, mənzil, torpaq, sel daşqınları, bank, kredit və özəlləşmə ilə bağlı müraciətlər artıb. Onun bildirdiyinə görə, «icra başçıları ilə bağlı razılıq məktubları ilə yanaşı müəyyən məsələlərdə onların işlərindən narazılıq da bildirilir».
Məqalənin birinci hissəsində deyilir ki, prezident İlham Əliyevin vətəndaşlara qarşılaşdıqları problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etməsi vətəndaşların fəallığını daha da artırıb, ictimai əhəmiyyət daşıyan müraciətlər daha çox olub:
«Müraciətlərin ümumi sayından və dinamikasından bəhs etsək, qeyd etməliyik ki, bütövlükdə müraciətlərin sayı artsa da, bu artım əsasən minnətdarlıq məktubları, ərizələr və təkliflər hesabına olub, şikayətlərin sayı əvvəlki ilə nisbətən azalıb».
XALQA XİDMƏTİN UNİKAL OBRAZI
Milli Məclisin deputatı Zahid Oruc deyir ki, vətəndaşların Prezident Adminstrasiyasına müraciət etmələrinin bir səbəbi əlbəttə ki, bəzi məmurların öz vəzifələrini şəxsi maraqlarına uyğun yerinə yetirmələridir. Özünü sıravi vətəndaşdan üstün görən, üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə «çinovnik»lik edən belələri postlarından getməlidirlər. Amma Prezident Adminstrasiyasına müraciətlərin çox olmasının daha ciddi digər səbəbi isə dövlət başçısının əhali arasındakı nüfuzudur:
«Cənab prezident xalqa xidmətin çox unikal – səmimi, sadə, insanlara yaxın, heç bir bufer zonası, keçilməz səddi olmayan bir obrazını yaradıb. Yetər ki, məmur da belə olsun. Hər kəs üzərinə düşən vəzifənin miqyası və missiyası ölçüsündə öz işlərini yerinə yetirsin, vətəndaşa sayğı ilə yanaşın. Bu halda o, cənab prezidentə, dövlətə və millətə xidmət etmiş olacaq».
Zahid Orucun sözlərinə görə, prezident İlham Əliyev müsahibələrinin birində deyib ki, peşəkar kadrlar formalaşdırmaq müəyyən bir zaman tələb edir və belə məmurlar hələ ki, istənilən qədər deyil. Deputat hesab edir ki, bu məsələ həllini tapdıqca Prezident Adminstrasiyasına da müraciətlər azalacaq.
BİR NƏFƏRİN İDARƏÇİLİYİ
Vəkil Fuad Ağayev isə deyir ki, vətəndaşların problemlərinin həllini Prezident Adminstrasiyasında axtarmalarının səbəbi odur ki, ölkə yalnız bir nəfər tərəfindən idarə olunur:
«Bu, ondan irəli gəlir ki, Azərbaycanda hakimiyyətin bütün qanadları bir nəfərin – yəni dövlət başçısının iradəsi ilə idarə olunur. Belə bir vəziyyətdə, əlbəttə ki, hüquqları pozulan bütün vətəndaşlar yaxşı anlayırlar ki, onların qanunvericilik xətti ilə öz problemlərini həll etmək şansı azdır. Ona görə də üz tuturlar dövlət başçısına. Prezident Adminstrasiyasına şikayətlər də bu səbəbdən ünvanlanır».
Fuad Ağayev bildirir ki, o, Prezident Adminstrasiyasına müraciət edib probleminin həllinə nail olduğunu deyən birisinə rast gəlməyib. Əksinə, son bir neçə ildə hətta bu iqtidarı dəstəkləyən adamlar arasında da hakimiyyətdən narazıların sayı xeyli artıb. Onlar görürlər ki, ölkədə özbaşınalıq hökm sürür, qanunlar icra olunmur, dövlət orqanları ev yıxırlar. Adminstrasiyaya göndərilən şikayətlər bu barədədir. Onların mütləq əksəriyyəti ilə bağlı da hansısa ciddi tədbirlər görülmür.