Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:20

Böyrək vərəmindən əziyyət çəkən əsgərə yiyə duran yoxdur


Arxiv foto
Arxiv foto
Ehram Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, Ədliyyə Nazirliyinin Mühafizə Alayında xidmət edən oğlu Əli Cəfərov ötən ilin oktyabr ayından ağır xəstələnərək xəstəxanaya düşüb. Ancaq xidmət etdiyi alaydan vəziyyəti ilə maraqlanan yoxdur.
Ehram Cəfərov:
«Oktyabrın 21-də böyrəyinə görə hospitaldan Respublika Klinik Xəstəxanasına götürdülər. 20 gün qaldı, müalicəsi başa çatmamış qaytarıb apardılar xidmət yerinə. Az keçməmiş yenə vəziyyəti ağırlaşdı, qaytardılar həmin xəstəxanaya. Elə gətirib atıb gediblər, nə baxan var, nə gəlib başa çıxan. Elə bil bu ölkənin əsgəri deyil. Gedirəm deyirəm, deyirlər get, gəlib maraqlanacağıq. Gəlirəm, 3-4 gün gözləyirəm, xəbər çıxmır yenə gedirəm, yenə həmin sözü deyib yola salırlar».
Ehram Cəfərov deyir ki, oğlu Əli ötən ilin aprel ayında hərbi xidmətə gedəndə həkim komissiyasından keçib, tam sağlamlığı, hərbiyə yararlığı barədə arayışı olub. Böyrək xəstəliyinə də hərbi xidmətdə tutulub. İndi xəstə əsgərin bütün xəstəxana və müalicə xərclərini valideyn özü çəkir.
İndi əsgər Əli Cəfərov 1 saylı vərəm dispanserinə köçürülüb. Həkimlər ona böyrəkdə vərəm diaqnozu qoyublar. Bu xəstəlik soyuqdəymə nəticəsində yaranır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən «Qaynar xətt»ə bildiriblər ki, yaxın 1-2 gündə əsgər Əli Cəfərovun vəziyyətini araşdırıb əsgərin müalicəsi üçün tədbir görəcəklər.
XS
SM
MD
LG