Qarlı-buzlu, etirazlı-coşqulu həftənin şəkilli mənzərəsi.
Həftənin şəkilləri: 28 yanvar - 3 fevral, 2012
9
Leonardo Da Vincinin "Mona Lisa" əsərinin surəti Madridin Prado muzeyində nümayiş olunur. Bu surəti Da Vincinin şagirdlərindən biri onun orijinalı ilə eyni vaxtda və eyni emalatxanada çəkib. (REUTERS/Sergio Perez)
10
İranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin mühacirətdən Tehrana gəlişinin 33-cü ildönümü onun kartonda çəkilmiş şəklini xüsusi mərasimlə təyyarədən endirməklə qeyd edilir. (MEHR)
11
Misirin paytaxtı Qahirədə hökumət əleyhinə etiraz aksiyası. (REUTERS/Asmaa Waguih)
12
Misirin Port Said stadionunda futbol oyunu zamanı baş vermiş qarşıdurmada azı 74 nəfər həlak oldu. Bu adamlar da Qahirədə dəmir yolu vağzalında həmin hadisədə yaralananları qarşılayırlar. (REUTERS)