Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:10

İspaniyada işsizlərin sayı artır


Madriddə etirazlar
Madriddə etirazlar
Milli Statistika İnstitutu bildirir ki, dekabrın sonunda 5.3 milyon adam işdən çıxarılıb. İşsizlik son 17 ildə ən yüksək həddə çatıb.

İspaniyanın yeni mühafizəkar hökuməti işsizliklə mübarizə üçün əmək islahatları vəd edib.

Yanvarın 26-da İspaniyanı işsizliyə və sərt maliyyə tədbirlərinə qarşı etiraz aksiyaları bürüyüb. İspaniya Bankı bildirib ki, avrozonada debitor borclar üzündən ölkə iqtisadiyyatı bu il 1.5 faiz azalacaq.

İŞSİZLİYİN HÖKUMƏTƏ İKİQAT ZƏRBƏSİ

Madridli ekspert Tom Burridge BBC-yə deyib ki, artan işsizlik yeni rəhbərlik üçün ikiqat zərbədir. İspaniya hökuməti işsiz kimi qeydiyyata düşənlərə müavinət ödəməlidir: «Üstəlik, azalan işçi qüvvəsinin ödədiyi vergi də azalır. Bu da öz növbəsində dövlətin gəlirlərini azaldır. Bu isə o deməkdir ki, adamlar az qazanırsa, az da xərcləyəcək. Bu isə İspaniyanın iqtisadi durumunu pisləşdirəcək».

Ekspert deyir ki, 2008-ci ildə İspaniyanda tikinti bumu dayananda, inşaat sənayesində çalışan minlərlə adam işdən çıxarıldı və o vaxtdan işsizlik inkişaf etməyə başladı: «İndi hökumət işçinin işə qəbulunu və işdən çıxarılmasını asanlaşdırmaq üçün islahatlar planlaşdırır. Ötən gün mən adamlarla danışmaq üçün Madriddə işədüzəltmə mərkəzinə getdim. Adamlar çöldə gözləyirdi, çünki içəridə oturmaq üçün kifayət qədər stul yox idi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG