Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

Davos neftdən narahat, avrodan əmindir


NEFT

Davos forumun 3-cü günü neft şirkətlərinin rəhbərləri və siyasətçilər bildiriblər ki, Avropanın İran neftini almaqdan imtina etməsindən ən çox Çin və Rusiya udacaq, ən çox uduzan Qərbin neft şirkətləri və istehlakçıları olacaq.

Reutersin məlumatına görə, onlar bildiriblər ki, İran gündə 2,6 milyon barrel neftini satmaqda davam edəcək. Sadəcə olaraq bu neftin hamısı dünyanın ikinci neft istehlakçısı Çinə gedəcək.

Dünyada neftin qiyməti qalxacaq və İran Çinə güzəştə gedib, elə indiki dünya qiymətinə neftini sata biləcək.

Davosda deyilib ki, Avropa Birliyi iyulun 1-dən İrandan neft almağı dayandıracaq, ancaq Fransanın Total, Britaniya-Holandiyanın Royal Dutch Shell kimi neft şirkətləri artıq İran neftini almırlar və ya bunu etmək prosesindədirlər.

Reuters yazır ki, İrandan neft alınmasının dayandırılmasına ən çox çalışan Fransa prezidenti Sarkozi idi, bu qadağanın ən çox zərbə vurduğu Fransanın Total şirkətidir.
Total hər gün İrandan 80 min barreldən 100 min barrelə neft götürürdü.

Dünyanın neft ixracının 3 faizini verən İranın Avropa bazarından çıxmasını dünyanın ən böyük neft istehsalçısı Rusiya da maraqla gözləyir.
Bunu Braziliyanın Petrobras şirkətinin rəhbəri Jose Sergio Gabrielli deyir.
Onun fikrincə, Avropa Rusiyadan neft-qaz asılılığını azaltmaqdan danışsa da, Rusiya Avropa bazarında payını artırmağa hazırlaşır.

AVRO

Avrozonanın maliyyə nazirləri əmindirlər ki, Yunanıstanın borc böhranını həll etməyə çox yaxındırlar və ümumiyyətlə Avrozona ölkələrinin borc böhranını həll etməyə lazım olan işlərin əsas blokları artıq hazırdır.

Avropa Birliyinin Maliyyə Komissarı Olli Rehn deyib ki, saziş fevralda yox, yanvarda bağlanacaq.

Rehnin sözlərindən sonra avro dollara nisbətən qalxıb.

Avronun və 17 ölkəni birləşdirən avrozonanın taleyi haqda Rehn deyib ki, “ Avropa Sabitlik Fondunda 250 milyard avro var, Avropa Sabitlik Mexanizminə 500 milyard avro planlaşdırılır, əlavə Beynəlxalq Valyuta Fondundan 500 milyard avro verilə bilər, siz hesabalaya bilərsiniz, bizim hansı imkanlarımız var”.
XS
SM
MD
LG