Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:10

Pakistanda hərbi çevriliş təhlükəsindən narahatlıq var


Yousuf Raza Gilani
Yousuf Raza Gilani
-

HAKİM BAŞ NAZİRİ MƏHKƏMƏ QƏRARLARINA HÖRMƏTSİZLİKDƏ İTTİHAM EDİR
Pakistanın Ali Məhkəməsi Baş nazir Yousuf Raza Gilanini ifadə vermək üçün məhkəməyə çağırılması barədə qərar qəbul edib. Qərara görə Baş nazir yanvarın 19-da məhkəməyə gəlməlidir.
Hakim Baş naziri məhkəmə qərarlarına hörmətsizlikdə ittiham edir. Belə ki, məhkəmənin bundan əvvəl qəbul etdiyi qərara görə Gilani prezident Asif Ali Zardarinin 1990-cı illərdə nazir kimi çalışdığı vaxt korrupsiyaya yol verib-verməməsi barədə araşdırma aparmalı idi. İndiki prezident Zardari 1990-cı illərdə xanımı Benazir Bhutto-nun hökumətində İnvestisiyalar naziri kimi çalışıb.
Yousuf Raza Gilaninin hökuməti isə indi Zardarinin prezident kimi toxunulmazlıq hüququ olduğu üçün belə araşdırma aparılmasından imtina edir.
Prezident Asif Ali Zardarinin əleyhinə uzun müddətdir ki, İsveçrədə korrupsiya ittihamları ilə məhkəmə prosesi gedir. Pakistan məhkəməsi də İsveçrədə məhkəmənin müraciəti ilə belə araşdırma aparılmasını istəyir.
HÖKUMƏT BAŞSIZ QALA BİLƏR
İndi Ali Məhkəmənin qərarına görə Baş nazir hətta toxunulmazlıq hüququ olsa da məhkəmə qarşısına çıxmalıdır. Bu vəziyyət isə Gilaninin işdən kənarlaşdırılması və ölkədə erkən seçkilərin keçirilməsinə səbəb ola bilər.
Ölkənin indiki mülki rəhbərliyi nüfuzlu hərbi elitanın kəskin təzyiqləri altındadır. Keçən həftə Gilani həmin elitaya yaxın olan Müdafiə nazirini işdən kənarlaşdırdığından indi onun hökumətinə təzyiqlər də artıb.
Ali Məhkəmənin komissiyası həmçinin Zardarinin də adının hallandığı başqa bir qalmaqallı cinayət işini araşdırır.
NATO qüvvələrinə qarşı təşkil edilmiş aksiyadan görüntü
NATO qüvvələrinə qarşı təşkil edilmiş aksiyadan görüntü
Keçən həftə Baş nazir Gilani ordunun Baş Qərargah rəisi və Xidmətlərarası Kəşfiyyat agentliyinin direktorunu hökumətlə məsləhətləşmədən məhkəmənin göndərdiyi müraciətlərə cavab verməkdə günahlandırıb. Nüfuzlu general Kayani Baş nazirə təklif edib ki, hərbi rəhbərliyə qarşı tənqidlərindən əl çəksin. Amma ötən şənbə günü Gilani bundan imtina edib:
- Mən yalnız parlament qarşısında hesabat verə bilərəm. Əgər parlament hər hansı müraciət edərsə, cavab verə bilərəm.
PREZİDENTİN KÖMƏKÇİSİ ABŞ-DAN YARDIM İSTƏYİB?
Keçən il ABŞ xüsusi xidmətinin Pakistan ərazisində Osama bin Ladeni öldürəndən sonra da bu ölkədə qalmaqala səbəb olan məlumat yayılmışdı. Həmin məlumatda qeyd edilirdi ki, iddialara görə həmin hadisədən sonra Pakistanın prezidenti Zardarinin köməkçisi ABŞ rəsmilərinə imzasız məktub göndərərək ordunun Pakistanda mümkün hərbi çevrilişə cəhdi zamanı onlara yardım edilməsini xahiş edib.
Keçən il dekabrın 30-da yaradılmış Ali Məhkəmənin Komissiyası da yanvarın sonunda Zardarinin bu məktubdan xəbəri olub-olmaması barədə araşdırmasının nəticəsini elan etməlidir.
Bu gün Baş Prokuror məlumat verib ki, komissiya həmin müraciətlə bağlı ciddi dəlillər əldə edə bilməyib. İddiaya görə yardım çağırışını Blackberry telefonu ilə Zardarinin yardımçısı Pakistanın ABŞ-dakı ozamankı səfiri Husain Haqqaniyə və ABŞ-da çalışan iş adamı Mansoor İjaza göndərib.
İlk dəfə İjaz özü bu barədə «Financial Times» qəzetinə məlumat verərək o zaman iki ölkənin hökumətləri arasında danışıqlarda iştirakçı olduğunu iddia edib. Həmin vaxt vəzifəsindən istefa verən səfir Haqqani isə prezidentin yardımçısından belə məktub almadığını deyib.
Pakistan parlamenti yanvarın 16-da ölkənin mülki rəhbərliyinin səlahiyyətlərinin daha da artırılması barədə layihəni müzakirə edir. İndi ölkədə bu layihənin müzakirəyə çıxarılmasının da ordunu hərbi çevrilişə təhrik edəcəyindən narahatlıqlar var.
Amma təhlilçilər deyirlər ki, Pakistan ordusu çevrilişə meylli deyil. Ordu prezident Zardari və Baş nazir Gilaninin qanuni yollarla hakimiyyətdən kənarlaşdırılmasına çalışır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG