Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:16

Pakistanda ABŞ əleyhinə nümayiş keçirilib


Arxiv foto
Arxiv foto
Pakistanın Karaçi şəhərində minlərlə adam 24 Pakistan əsgərinin ölümüylə nəticələnmiş əməliyyata etiraz olaraq ABŞ konsulluğunun qarşısında nümayiş çıxıb.
Aksiyaçılar Amerika əleyhinə şüarlar səsləndirib, ABŞ-la əməkdaşlığa son qoymağa çağırıblar.
NATO-nun baş katibi Anders Fogh Rasmussen bundan əvvəl Pakistan hökumətinə göndərdiyi məktubda hadisənin səhvən baş verdiyini və bundan təəssüfləndiyini bildirib.
Bu gün Peşəvarda keçirilmiş dəfn mərasimində quru qoşunlarının komandanı general Ashfak Kayani də iştirak edib.
Pakistan bu hücuma görə Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandırıb və Birləşmiş Ştatlardan pilotsuz təyyarələrin yerləşdirildiyi bazanın boşaldılmasını tələb edib.
ABŞ Dövlət katibi Hillary Clintonla müdafiə naziri Leon Panetta ölənlərin ailələrinə başsağlığı veriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG