Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:53

Çingiz Abdullayev pirat kitabları imzalamaqdan imtina etdi (VİDEO)


Çingiz Abdullayev pirat kitabları imzalamaqdan imtina etdi
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

"Belə kitabların çapı məni təhqir etməkdir". Tanınmış detektiv yazarının imza günü... Bu günlərdə onun Azərbaycan dilinə tərcümə edilmiş daha iki romanı çap edilib: "Tver bulvarı" və "Abırlı adam" Video: Cavid Zeynallı, Cavanşir Ağamalıyev

"Belə kitabların çapı məni təhqir etməkdir". Tanınmış detektiv yazarının imza günü...

.
Yanvarın 15-də tanınmış detektiv yazarı Çingiz Abdullayevin imza günü keçirildi.

"Park Bulvar"da baş tutan tədbir "Əli və Nino" kitab evi və "Qanun" nəşriyyatının birgə təşkilatçılığı ilə keçirilib.

Yazıçı Azərbaycan dilində nəşr olunan kitablarını oxucuları üçün imzalayıb.

Rusdilli yazıçının daha 2 kitabı Azərbaycan dilinə çevrilməklə bu günlərdə işıq üzü görüb.

Oxucuların imza üçün təqdim etdiyi kitablar içində pirat versiyalara da rast gəlinib və Çingiz Abdullayev bu cür kitabları imzalamaqdan imtina etməklə yanaşı oxuculara belə kitabları almamağı da tövsiyə edib.

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu imza günü ilə bağlı "Oxu zalı"na bildirib ki, onlar Çingiz Abdullayevin 150 kitabını Azərbaycan dilində nəşr edəcəklər.

Xatırladaq ki, sözügedən tədbir “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab evinin təşkilatçılığı ilə Çingiz Abdullayevin beşinci imza günüdür.

Cavid ZEYNALLI

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG