Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 23:54

Çingiz Abdullayev Qəddafi və Mübarək haqda əsər yazır


Çingiz Abdullayev Liviya lideri Müəmmər Qəddafi və Misirin devrilmiş prezidenti Hüsnü Mübarək haqqında əsər yazır.

Xalq yazıçısı 24saat.az-a açıqlamasında bildirib ki, ilk hədəfi Misir və Hüsnü Mübarək haqqında samballı əsər yazmaqdı:

“Misirdə olmuşam. Mən əsəri tez yazıram. Ancaq yenə də Misirə gedib baxacam, hadisələri daha dərindən izləyəcəm.

Mənim üçün çox maraqlıdır, necə olub ki, Hüsnü Mübarəki o qədər sevirdilər, əvvəllər qəbul edirdilər, indi isə ona nifrət edirlər. İstəyirlər ki, ona ölüm cəzası verilsin.

Baxmayaraq ki, o, çox yaxşı işlər görüb, general olub, vuruşub. Görünür, xalqın məhəbbəti də çox tez-tez dəyişir. 42 ildir.

Bəlkə də insanlar yorulub ondan. Amma digər tərəfdən də hər şey televziyada göründüyü kimi deyil”.

Ç.Abdullayev M.Qəddafi haqqında da əsər yazmağı düşünür: ”Amma tələsmirəm. Liviyada baş verən hadisələri dəqiq öyrənib, fikirləşib yazmaq istəyirəm”.

Aynur QARAYEVA

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG