Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 14:58

Çingiz Abdullayev kitablarının çap hüququnu "Qanun" və "Əli və Nino"ya verdi


Tanınmış detektiv yazarı Çingiz Abdullayev öz kitablarının azərbaycanca çap hüququnu "Qanun" və "Əli və Nino" nəşriyyatlarına verdi.

Bu barədə "Oxu zalı"na "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat verib.

İlk olaraq "Qanun" nəşriyyatında Ç.Abdullayevin "Mavi mələklər" əsəri yenidən çap edilib.

Nəşriyyatın təqdimatında deyilir:

"BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar.

Peşəkar ekspert və analitik – Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər edir və öz məqsədinə yaxınlaşdıqca daha çox təhlükə ilə üz-üzə qalır. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…"

“Mavi mələklər”i Azərbaycan dilinə Natiq Səfərov çevirib.

Həmçinin oxu
Çingiz Abdullayev piratlardan şikayət edir
XS
SM
MD
LG