Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, həbsdə olan Nemət Pənahlıya atasının yas mərasimində iştirak etmək üçün hələ şərait yaradılmayıb. Bundan əvvəl onun ailə üzvləri atasının dəfnində iştirak etmək üçün prezidenti İlham Əliyevə müraciət etmişdilər.
Nemət Pənahlının atası Əhəd Pənahlı yanvarın 14-də dəfn edilib. Qardaşı Səməd Pənahlı AzadlıqRadiosuna bildirib ki, ümid edirlər ki, müraciətləri nəticəsiz qalmayacaq.
Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
O Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə günahkar bilinib. Özü isə həbsinin qurama olduğunu, siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.