Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Nemət Pənahlının həbsi müxalifətə siqnaldır?


Nemət Pənahli
Nemət Pənahli
«Nemət Pənahlı seçki vaxtında elan etmişdi ki, bu seçki təyinatla olacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Nemət Uğrunda Mübarizə Komitəsinin sədri» Miralim Bəhramov deyib. Onun sözlərinə görə, Nemət Pənahlı seçki ərəfəsində və seçkidən sonra hakimiyyətə qarşı mübarizə aparacağını demişdi. Miralim Bəhramov deyir ki, hakimiyyət onu zərərsizləşdirmək üçün bu addımı atıb.

«Nemət Pənahlı hakimiyyətə müxalif yeni hərəkat yaradaraq bu hakimiyyətə qarşı qanuni yollarla mübarizə aparacağını elan etmişdi. Və o bu istiqamətdə ciddi işlər görürdü. Hakimiyyətdə Nemət Pənahlını çox yaxşı tanıyır, bilirlər ki, o dediyi sözün üstündə durub, axıra qədər hərəkət edən adamdır».

«NEMƏT PƏNAHLININ MÜSAHİBƏSİNDƏ TƏHQİR YOX İDİ»


Miralim Bəhramov deyir ki, Nemət Pənahlının mətbuatda səs-küy qoparan müsahibəsində heç kimə qarşı təhqir və kəskin tənqid yoxdur. Onun sözlərinə görə, həmin müsahibədə Nemət Pənahlı faktlara əsaslanaraq fikir irəli sürüb. «Və bu müsahibədən sonra onun və ondan başqa bir neçə nəfərin həbs olunacağını gözləyirdik», müdafiəçi əlavə edin:

«Qəzetdə müsahibələr gedəndən sonra Nemət Pənahlıya zəng edərək deyirdilər ki, sən çox uzağa getmə səni də Ziya Bünyadovun, Afiyəddin Cəlilovun gününə qoyarıq».

Ancaq Miralim Bəhramov deyir ki, Nemət Pənahlı təkcə qəzetdə yazılanlara görə həbs edilməyib.

MÜXALİFƏT NƏTİCƏ ÇIXARMALIDIR

«Neməti təkcə qəzetdəki müsahibələrə görə həbs etməyiblər. O müsahibələr Nemətin fəaliyyətinin bir hissəsidir. Onu ona görə həbs ediblər ki, Nemət yeni hərəkatın yaranması istiqamətində ciddi fəaliyyətə başlamışdı və kifayət qədər də uğurlar qazanırdı. Onlar elə bilirdilər ki, Nemətin haqqında apardıqları təbliğat onu bir siyasi xadim kimi sıradan çıxarıb, onu ortalığa qoyub, dirçəltmək olmaz. Amma fakt belə deyildi. Amma fakt onu göstərirdi ki, Nemət yenidən siyasi meydanda olub, böyük işlər görə bilər».

Miralim Bəhramov deyir ki, indi müxalifət bu həbsdən nəticə çıxarmalıdır və bunun ətrafında düşünməlidir.

«Nemətin bu həbsi bütün müxalif qüvvələri birləşdirmək gücünə malikdir. Və biz əgər bu andan da istifadə edib birləşməsək, onda biz növbəti birləşmə imkanını əldən buraxacağıq».

XS
SM
MD
LG