Taliban Qətərdə təmas bürosu açır, artıq ABŞ-la ilkin razılıq da əldə olunub.
Talibannın yanvarın 4-də puştu dilində yayılmış bəyanatında deyilir: «Biz indi Əfqanıstandan kənarda siyasi büro açmağa hazırıq. Eyni zamanda, ölkə daxilində beynəlxalq ictimaiyyətlə danışıqlar aparmaq əzmimizi də saxlayırıq. Bu baxımdan Qətər və s. aidiyyəti tərəflərlə razılıq əldə etmişik».
ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland razılıq əldə edildiyini təsdiqləməsə də, deyib ki, ABŞ bu prosesdə rol oynamaq niyyətindədir:
ABŞ ETİRAZ ETMİR
«Bizim hər hansı rəsmi qərar və ya rəsmi bəyanat barədə məlumatımız yoxdur. Ancaq biz əfqanların təqdir etdiyi bir prosesə dəstək verməyə hazırıq. O ki qaldı hər hansı ofisin açılmasına, bu, həmin ofisin yerləşəcəyi ölkənin, əfqanların və Talibanın razılaşmasından asılıdır».
Qərb və əfqan rəsmiləri Talibanın ilk rəsmi ofisinin açılmasına sülh danışıqları istiqamətində mühüm addım kimi baxırlar. Əfqanıstan Ali Sülh Şurasının Xarici əlaqələr departamentinin rəhbəri Mohammad Ismail Qasimyar Talibanın bu addımını alqışlayıb:
«Bu, danışıqların irəliləməsinə kömək edəcək».
TALİBAN QEYDİYYATA DÜŞƏCƏK
Kabildə yaşayan təhlilçi Wahid Mozhdah da bu addımı müsbət əlamət kimi qiymətləndirir:
«Düşünürəm ki, bu, müsbət addımdır. Çünki indiyə qədər əsas problemlərdən biri Talibanın ünvanının olmaması idi. Həmin ünvan vasitəsilə onlarla əlaqə saxlanıla bilər. Onlar bəyanat yaya, öz mövqelərini bildirə bilərlər. Bu addım sülh danışıqlarının başlanmasına zəmin yaradacaq».
ƏFQAN HÖKUMƏTİ TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞA HAZIRDIR
Ötən ay Talibanın Qətərdə öz ofisini açacağı haqda xəbərlər yayılanda, rəsmi Kabil məsləhətləşmək üçün Qətərdəki səfirini Əfqanıstana çağırmışdı. Əfqanıstan prezidenti Hamid Karzai planı qəbul edəcəyinə eyham vurmuşdu.
Karzai'nin sözçüsü Hamid Elmi:
«Əfqan hökuməti əvvəldən 10 maddəlik proqram qəbul edib. Həmin proqramda deyilir ki, Taliban Qətərdə ofis açmaq istəsə, biz buna etiraz etməyəcəyik. İstərdik ki, bu ofis Səudiyyə Ərəbistanında ya da Türkiyədə olsun. Taliban və amerikalılar başqa islam ölkəsini seçibsə, biz onlarla əməkdaşlıq edəcəyik».
Talibanın bəyanatında Qətərdəki ofisin nə vaxt açılacağı haqda heç nə deyilmir.