Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:19

Keçmiş Əfqanıstan prezidenti Rabbani niyə öldürülüb? (VİDEO)


Əfqanıstanın keçmiş prezidenti öldürülüb
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid
Əfqanıstan prezidenti Hamid Karzai BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edə bilməyib. Sentyabrın 21-də ABŞ səfərini yarımçıq qoyan Karzai Nyu Yorkdan Kabilə qayıdıb. Səbəb isə Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbaninin öldürülməsi ilə bağlı yaranan qarmaqarışıqlıqdır.

Əfqanıstana qayıdan Karzai Nazirlər Kabinetinin fövqəladə iclasını keçirib.

Rabbani – sentyabrın 20-də paytaxt Kabildə öz evində bomba hücumu nəticəsində öldürülüb.

İNTİHARÇILAR ÖZLƏRİNİ SÜLH DANIŞIQLARINDA MARAQLI TƏRƏF KİMİ QƏLƏMƏ VERİBLƏR

Sentyabrın 21-də yüzlərlə əfqan Rabbaninin Kabildəki evinin ətrafına toplaşaraq onu yad ediblər. Onlar keçmiş prezidentin öldürülməsinə etiraz da ediblər.

Hökumət qüvvələri diplomatik zonalarda təhlükəsizliyi gücləndiriblər, əraziyə avtomobil girişi dayandırılıb, piyadaların üzərində axtarış aparılır.

RABBANİ SÜLH ŞURASINDAN GETMƏYİ DÜŞÜNÜRMÜŞ

Rabbani 1992-1996-cı illərdə Əfqanıstan prezidenti olub. Həmin dövr ölkədə vətəndaş müharibəsi gedirdi, paytaxt Kabil raket atəşlərindən darmadağın olmuşdu.

Rəbbani Əfqanıstanda keçirilən konfrans zamanı. 10 yanvar 2010
1990-cı illərin ortalarında Talibanın gücü artan zaman Rabbani özü liderlikdən getmiş və Talibana qarşı mübarizə aparan Şimal Alyansın əsas üzvü olmuşdu.

Rabbani həm də etnik Tacik hərbi lideri Ahmad Shah Masood siyasi müttəfiqi idi.

Bu ilin mart ayında AzadlıqRadiosunun əfqan bürosuna müsahibəsində Rabbani demişdi ki, Talibanla danışıqların perspektivinə nikbin baxır:

«Biz Talibanla əlaqələr yaratmağa başlamışıq. Hətta bir neçə dəfə görüş keçirmişik. Bu cür görüşlər davam etdiriləcək. Biz həm də məktublaşırıq. Amma bizim əlaqələrimiz hələ ki onları ictimailəşdirəcək qədər yetkin səviyyədə deyil».

Amma Əfqanıstandan olan şərhçi Waheed Mozhdah deyir ki, o vaxtdan Rabbani Talibanla danışıqların sülhlə nəticələnəcəyinə olan inamını itirmişdi.

Mozhdah deyir ki, Rabbani ilə bir neçə gün öncə ünsiyyətdə olub:

«Bu yaxınlarda Rabbani Talibanla bağlı ümidsiz idi. Deyirdi ki, onlar sülhə hazır deyillər. O kəskin anti-Taliban mövqe tutmuşdu. Bəzi dostları onu qınayırdılar ki, Ali Sülh Şurasinin sədri kimi bu cür tənqidi mövqedə olmamalıdır. Belə görünürdü ki, o, sülh şurasının rəhbəri olmaqdan yorulmuşdu və liderlikdən getmək istəyirdi».

Əfqanıstan və ABŞ prezidentləri Rəbbaninin ölümü barədə müzakirə edərkən
«RABBANİNİN ÖLÜMÜ BİZİ SÜLH DANIŞIQLARINDAN ÇƏKİNDİRMƏYƏCƏK»

Nyu Yorku tərk etməzdən öncə Karzai deyib ki, Rabbaninin ölümü bizi sülhün izinə düşməkdən çəkindirməyəcək.

ABŞ prezidenti Barak Obama da Rabbaninin ölümünü «faciəvi itki» adlandırıb. Amma Obama da deyib ki, o və əfqan liderin sülhə nail olmağın yollarını axtarmaqda davam edəcəklər.

Rabbaninin öldürülməsi Əfqanistanda təhlükəsizliklə bağlı narahatlığı da artırır. Bu hadisədən cəmi bir həftə öncə Taliban döyüşçüləri polis binasına, Əfqanıstanın hökumət binasına, NATO-nun qərargahına və ABŞ səfirliyinə hücum etmişdilər.
XS
SM
MD
LG