Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

«Azadlıq» qəzetinə Ağcabədidən məktublar gəlir


Foto: Arxiv
Foto: Arxiv
Ağcabədi rayonundan «Azadlıq» qəzetinə etiraz məktubları gəlməkdədir.

Bu barədə AzadlıqRadiosuna qəzetin redaktoru Sücaəddin Şərifov məlumat verib.

40-a yaxın məktub və teleqramda qeyd olunur ki, «Azadlıq» qəzeti prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərini yanlış işıqlandırıb.

Sücaəddin Şərifov: «Hamısı eyni mənbədən təşkil olunub. Demək olar ki, əksəriyyətinin məzmunu eynidir. Məktublarda bizə qarşı bəzi təhqiredici ifadələr də işlədilib».

Prezidentin Ağcabədi rayonuna səfərinə toxunan «Azadlıq» qəzeti yazırdı ki, İlham Əliyev Ağgöl qoruğunda ova çıxıb. Bu məlumata Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da kəskin reaksiya bildirmişdi.
XS
SM
MD
LG