Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:20

«Azadlıq»ın yubiley tədbiri yarımçıq qaldı (VIDEO)


Tədbir başladıqdan təxminən 15 dəqiqə sonra restoranın işıqları söndürülüb. (Hadisə yerindən çəkilən həvəskar video)



AzadlıqRadiosuna verilən məlumata görə, «Qızıltac»dakı yubiley tədbiri başa çatıb.
«Azadlıq»ın redaktoru Qənimət Zahid çıxış edərək deyib:
«Biz istəmirik kiminsə çörəyinə bais olaq. Biz istəyirik Azərbaycanda elə mühit yaradaq ki, sahibkarlar məmurdan və ya başqa birindən asılı olmasın. Amma bu gün bizi restoranın rəhbərliyi ilə üz-üzə qoydular...»
Qənimət Zahidin çıxışından sonra qonaqlar dağılışmağa başlayıblar.
«Azadlıq» qəzeti 1989-cu il dekabrın 24-dən çıxır. Əvvəllər onun təsisiçisi Xalq Cəbhəsi, 1995-ci ildənsə Xalq Cəbhəsi Partiyası olub. Amma son illər «Azadlıq»ı qəzet kiollektivi çıxarır.
«Azadlıq» Azərbaycanın ilk müxalifət qəzetlərindən biridir. Onun birinci redaktoru Nəcəf Nəcəfov olub.
***
Əli Kərimli yubiley tədbiri zamanı çıxış edərkən
Əli Kərimli yubiley tədbiri zamanı çıxış edərkən
«Azadlıq» qəzetinin 22 yaşı tamam olur. Bu münasibətlə dekabrın 25-də qəzet rəhbərliyi təxminən 150 nəfəri - hüquq müdafiəçilərini, partiya sədrlərini, jurnalistləri «Qızıltac» restoranına dəvət edib. Amma tədbir başladıqdan təxminən 15 dəqiqə sonra işıqlar söndürülüb. Ofisiantlar bayıra çıxarılıb və restoran rəhbərliyi xahiş edib ki, qonaqlar zalı tərk etsinlər.

Restoranı icarəyə götürdüyünü bildirən şəxs qonaqlara deyib: «Balalarıma burda çörək qazanıram. Onların çörəyi ilə oynamayın. Mənə yuxarıdan zəng vurublar, yoxsa məni atacaqlar bayıra. Çıxın burdan».

Həmin şəxs AzadlıqRadiosuna adını deməkdən imtina edib və bildirib ki, restorana elektrik verilişinin dayandırılması haqda qərar ona aid deyil.

Amma zal qaranlıq və soyuq olsa da qonaqlar zalı tərk etməyiblər.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus şam yandırmağı təklif edib.

Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Müsavat Partiyası başqanı İsa Qəmbər, sabiq deputat Pənah Hüseyn, yazar Mehriban Vəzir çıxış ediblər.

Pənah Hüseyn deyib: «Azərbaycan hakimiyyətinin milyardları, silah-sursatı olsa da, demokratik qüvvələrdən qorxur».

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid deyir ki, o qərar verməkdə çətinlik çəkir. Çünki qonaqlar dəvət olunub və çıxışlar gedir. O heç kimi zaldan çıxara bilməz.

İsa Qəmbər «Azadlıq»ın yubiley tədbirində çıxış edərkən
İsa Qəmbər «Azadlıq»ın yubiley tədbirində çıxış edərkən





Zal qaranlıq və soyuq olsa da qonaqlar zalı tərk etməyiblər. Eldar Namazov qəzetin kollektivini təbrik edərkən
Zal qaranlıq və soyuq olsa da qonaqlar zalı tərk etməyiblər. Eldar Namazov qəzetin kollektivini təbrik edərkən

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG