İlin hadisələrinin fotoxronikası.
2011-ci il fotolarda
34
Bosniyada müsəlman qadın Serebrenica yaxınlığındakı qəbirstanlıqda dəfn olunan müharibə qurbanlarını yad edir. İyulun 11-də kütləvi qəbirdən çıxarılıb tanınması aparıldıqdan sonra 600 müsəlman qurban təzədən dəfn edilib.
35
İyulun 21-də Atlantis kosmik gəmisi Kennedy Kosmik Mərkəzə enib. Bununla da NASA-nın 30 illik kosmik şatl proqramı başa çatıb.
36
İyulun 22-də Norveçin Utoya adasında gənclər düşərgəsinə basqın edən silahlı Anders Behring Breivik 69 nəfəri öldürüb. Xilasedicilər hücuma məruz qalanları adadan çıxarırlar. O, hökumət binası yaxınlığında t&oum
37
Avqustun 8-də qəsbkarlar Londonda mağazaları talan edirlər. Həmin Britaniyada bir neçə şəhərdə gənclərin bu cür talanları oldu.