Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 19:08

Beynəlxalq seçki müşahidə missiyası Rusiyada parlament seçkisinin saxtalaşdırıldığını bildirir


Beynəlxalq seçki müşahidə missiyası bildirir ki, ötən bazar Rusiyada keçirilən parlament seçkisində hakim partiyanın xeyrinə qanun pozuntuları olub. ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müşahidə qruplarının elan etdikləri ilkin rəyə görə bu seçki zəif siyasi rəqabət və qeyri-bərabər imkanlar şəraitində keçirilib: “Bu, tez-tez baş verən prosedur pozuntuları, seçki qutularının topa-topa bülletenlərlə doldurulması, manipulyasiyalarla xarakterizə edilən seçki ola bilər” – deyə rəydə bildirilir.

Rusiyanın seçki rəsmilərinin məlumatına görə, Vahid Rusiya Partiyası 50 faizdən bir qədər az səs toplayıb.

Bu, partiyanın əvvəlki seçkilərlə müqayisədə bir xeyli səs itirdiyini göstərir. 2007-ci ildə keçirilən seçkilərdə Vahid Rusiya 64 faiz səs yığmışdı.
XS
SM
MD
LG