Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 08:02

4 ayda 31 jurnalist, qatarlara biletlərin internet satışı...


Foto: Arxiv
31 JURNALİST BASQIYA MƏRUZ QALIB

«Bizim yol» qəzeti 4 ayda 31 jurnalistin basqıya məruz qaldığını yazır.

Media Hüquqları İnstitutunun hesabatına əsaslanan qəzet bildirir ki, bu basqı olaylarının əksəriyyəti jurnalistlər peşə fəaliyyətlərini yerinə yetirərkən baş verib. 4 ay ərzində 5 jurnalist cinayət ittihamı ilə üzləşib. Yazılarına görə məhkəməyə çəkilən mediadan 2 milyon manata yaxın təzminat istənilib. Həmin iddialara baxan məhkəmələr mənəvi zərər əvəzi olaraq mediaya 35 min manatdan artıq cərimə kəsib. 4 halda jurnalistlər zorla dövlət qurumlarına aparılıb, 5 halda isə onların peşə alətləri əllərindən alınaraq yaddaşı silindikdən sonra geri qaytarılıb.

ELM VƏ TƏHSİL XƏRCLƏRİ ARTIRILIR

«Yeni Azərbaycan» qəzeti yazır ki, 2012-ci ilin dövlət büdcəsində elm və təhsil xərcləri artırılacaq. Parlamentin 6 komitəsi dövlət büdcəsi haqda qanun layihəsini müzakirə edərkən Şəmsəddin Hacıyev bildirib ki, elm və təhsilə 2 milyard manata yaxın vəsait nəzərdə tutulur.

AĞDAMLI ZİYALILAR RAFİQ ƏLİYEVİN MÜDAFİƏSİNƏ QALXDI

«Azadlıq» qəzeti yazır ki, Ağdam rayonundan olan bir qrup ziyalı prezident İlham Əliyevə professor Rafiq Əliyevlə bağlı müraciət edib. Müraciətdə bildirilir ki, Rafiq Əliyevin şəxsiyyətinə yönələn müzakirələr onların narahatçılığına səbəb olub. Ziyalılar Rafiq Əliyevin ictimai fəaliyyətinə görə işdən kənarlaşdırılmasını mənfi qiymətləndirirlər:

Foto: Arxiv
Foto: Arxiv
«Biz birmənalı olaraq düşünürük ki, respublika ziyalıları arasında narahatlıq doğuram bu ixtilafın yaradılması hər şeydən əvvəl cəmiyyətin birliyinə və ümumi sabitliyin qorunub saxlanmasına vurulan zərbədir».

GƏLƏN HƏFTƏDƏN QATAR BİLETLƏRİNİN ONLAYN SATIŞI BAŞLANIR

«Azərbaycan» qəzeti «Azərbaycan Dəmir Yolları» QSC mətbuat xidmətinə istinadən yazır ki, biletlərin onlayn satışının tətbiqinin indiyədək yubanması sınaq işləri ilə əlaqədar olub.

Biletləri QSC-nin 3 dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərən rəsmi saytı ilə əldə etmək mümkün olacaq. Biletləri onlayn əldə etmək üçün sərnişinin özünün bank hesabı olmalıdır. Sərnişin bu yolla biletin pulunu ödəyə biləcək. Qatarın yola düşməsinə minimum bir saat qalmış internet vasitəsilə bilet əldə edən sərnişin bunu təsdiq etmək üçün QSC-nin kassalarının birində qeydiyyatdan keçməlidir».
XS
SM
MD
LG