Demoqrafik Tədqiqatlar üzrə Fransa Milli İnstitutunun böyük tədqiqatçısı Gilles Pison AzadlıqRadiosunun müxbiri Antoine Bluaya müsahibə verib. Müsahibə insan artımının dünyanın gələcəyinə təsiri haqqındadır. Müsahibəni oxuculara təqdim edirik:
- Dünya əhalisi artmaqda davam edir. Lakin ildən-ilə artım tempi aşağı düşür. Əhalinin artım sürəti özünün maksimum səviyyəsinə 50 il bundan əvvəl çatmışdı. Həmin vaxt dünya əhalisinin sayı ildə 2 faizdən çox artırdı. O vaxtdan artım tempi yarıbayarı azalıb. Bu gün artım ildə 1 faizdən bir az çoxdur. Gələcək illərdə də bu göstərici azalmaqda davam edəcək. 100 ildə əhalinin sayında demək olar ki, sabitlik qalacaq. Problem 2100-cü ilə qədər artacaq 1-4 milyard əhalini necə saxlaya bilməkdədir. Biz planetimizin maksimum nə qədər adamı yedirə biləcəyimizi bilmirik. Qlobal istiləşmə və resurslardan istifadənin əsas mənbəyi inkişaf etmiş ölkələrdə yaşayan 1 milyard insandır. Ona görə də gələcəkdə 10 milyard insan avropalılar, ya da amerikalıların həyat tərzini qəbul etsələr, planet buna çox tab gətirə bilməz. Gələn on illiklər ərzində insanların artımına təsir edə biləcəyinizi düşünmək illüziyadır. Ancaq öz həyat tərzimizi dəyişmək, daha qənaətcil olmaq, ətraf mühitə hörmətə əsaslanaraq həyat tərzi seçmək öz əlimizdədir.
- 90-cı illərdən doğum göstərici azalmağa başlayıb. Bu gün bir qadın orta hesabla 2,5 uşaq dünyaya gətirir. Bu, 1950-ci illərin göstəricisindən iki dəfə azdır. Ailələrin tərkibi azalmaqda davam edir. Asiya və Latın Amerikası ölkələrində güclü iqtisadi artım olsa da, Afrikada iqtisadi artım aşağı düşüb. Əhali isə artmaqda davam edib. Problem ondadır ki, demoqrafik artımın böyük hissəsi Afrikanın payına düşəcək. Növbəti 100 ildə Afrikanın əhalisi güman ki, 4 dəfə artacaq. Lakin əhali faktoru iqtisadi artımın azalmasının səbəbkarı deyil. Çox güman ki, Yer kürəsi 7 milyard insan qidalandırmaq üçün kifayət qədər ərzaq istehsal olunur.
- BMT-nin Əhali Fondu dünya əhalisinin artımı ilə bağlı problemlərin həlli üçün təhsil, ailə planlanması, qlobal istiləşməyə dair həll yollarını təklif edir. Bu kifayətdirmi?
- İki əsr bundan qabaq bəşəriyyətdə yeni bir hərəkat yaranıb. Bu da ondan ibarətdir ki, getdikcə daha çox ailələr az tərkibli olurlar. Valideynlər uşaqlarına daha yaxşı həyat qurmağa çalışırlar. Yaxşı təhsil, yaxşı iş üçün. Bu dünyanın hər yerində var. Ona görə də şübhə yoxdur ki, dünya əhalisinin sayı sabitləşəcək.
- - Oktyabrın 31-də dünya əhalisinin sayının 7 milyarda çatacağı gözlənilir. Belə proqnozlaşdırılır ki, 2100-cü ilə qədər bu rəqəm azı 10 milyard olacaq. Belə demoqrafik artım yoxsulluq və ətraf mühitin qorunması ilə bağlı ciddi problemlər yarada bilər. Bəzi adamları bu rəqəmlərin çox olub-olmadığı və ümumiyyətlə, Yer kürəsinin nə qədər insan saxlaya biləcəyi düşündürür. Bu rəqəmlər insanların rifahı və dünyanın gələcəyi baxımından hansı anlama gəlir?
- Dünya əhalisi artmaqda davam edir. Lakin ildən-ilə artım tempi aşağı düşür. Əhalinin artım sürəti özünün maksimum səviyyəsinə 50 il bundan əvvəl çatmışdı. Həmin vaxt dünya əhalisinin sayı ildə 2 faizdən çox artırdı. O vaxtdan artım tempi yarıbayarı azalıb. Bu gün artım ildə 1 faizdən bir az çoxdur. Gələcək illərdə də bu göstərici azalmaqda davam edəcək. 100 ildə əhalinin sayında demək olar ki, sabitlik qalacaq. Problem 2100-cü ilə qədər artacaq 1-4 milyard əhalini necə saxlaya bilməkdədir. Biz planetimizin maksimum nə qədər adamı yedirə biləcəyimizi bilmirik. Qlobal istiləşmə və resurslardan istifadənin əsas mənbəyi inkişaf etmiş ölkələrdə yaşayan 1 milyard insandır. Ona görə də gələcəkdə 10 milyard insan avropalılar, ya da amerikalıların həyat tərzini qəbul etsələr, planet buna çox tab gətirə bilməz. Gələn on illiklər ərzində insanların artımına təsir edə biləcəyinizi düşünmək illüziyadır. Ancaq öz həyat tərzimizi dəyişmək, daha qənaətcil olmaq, ətraf mühitə hörmətə əsaslanaraq həyat tərzi seçmək öz əlimizdədir.
- - Dünya əhalisi 1991-ci ildə 6 milyardı keçdi. O vaxt əhali artımının bəşəri tərəqqini yavaşlada biləcəyini düşünmək üçün aşkar səbəb yox idi. Dünya indi başqadır, istehlak mallarının qiymətləri artır, iqtisadi artım zəifləyir, aclığı, səfaləti azaltmaq səyləri uğursuzluğa düçar olur. Ehtiyatlar məhduddur və bunun tərəqqiyə mane olmayacağına ümidlər azalmaqdadır. Britaniya iqtisadçı Thomas Malthusun nəzəriyyəsinə əsasən, əhali artımı qıtlıq yaradır. Ötən onillik bu nəzəriyyəni təsdiqləyirmi?