Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Azərbaycan XİN Türkiyədə terror hücumlarını qınayır


Azərbaycan Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri silsilə terror hücumları ilə əlaqədar bu ölkəyə başsağlığı verib.

Bu barədə «APA»ya nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib.

«Biz terrorun bütün təzahürlərini şiddətlə qınayır və qardaş türk xalqına başsağlığımızı çatdırırıq. Bir daha bəyan edirik ki, hər zaman qardaş türk xalqının yanındayıq», - deyə XİN rəsmisi vurğulayıb.

Oktyabrın 18-19-da PKK terrorçuları Türkiyənin cənub şərqində təhlükəsizlik qüvvələrinə hücum edib. 5 polis, 26 hərbçi və 4 mülkü şəxs həlak olub.
XS
SM
MD
LG