Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:46

PKK 26 türk hərbçisini öldürdü


Türk hərbçiləri Hakkaridə
Türk hərbçiləri Hakkaridə
PKK terrorçularının dünən Hakkarinin Çukurca qəsəbəsindəki ordu və polis birliklərinə etdiyi hücum nəticəsində ölən türk əsgər və polislərinin sayı 26-ya çatıb. 24 nəfər hücum zamanı ölüb, 2 nəfər aldığı yaralardan xəstəxanada keçinib. Daha 22 əsgər isə yaralıdır.

İtkilərin sayının bu qədər çox olmasının səbəbi 200-ə yaxın terrorçunun 8 qrup halında hücumu olub. Gecə saat 1 radələrində 7 post və polislərin qaldıqları yerlər pulemyotlardan və qumbaraatanlardan atəşə tutulub. 18 əsgər Kəkliktəpədəki postda həlak olub. Atışma səsləri qəsəbənin hər yerində eşidlib və yerli əhalinin də panikaya düşməsinə səbəb olub. Döyüş səhər saat 5-ə qədər davam edib.

Səhər 8-dən başlayaraq isə Türk komandosları F16 təyyarələrinin də dəstəyi ilə geri çəkilən kürd yaraqlılarının ardınca Şimali İraqa giriblər və 4-5 kilometr dərinliyə irəliləyiblər.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamaya görə, dünən gecəki atışma zamanı azı 21 PKK terrorçusu öldürülüb, indi 150 nəfərlik yaraqlı qrupunu təqib edirlər. Hazırda Şimali İraqdakı dağlıq ərazidə döyüşlər gedir. Türkiyə aviasiyası isə Zap, Kandil, Hakurk ve Hinere ərazisindəki PKK düşərgələrini bombalayır.

Hücumun dərhal ardınca Türkiyə Baş Qərargah rəisi Necdet Ozel bölgəyə gəlib, Baş nazir Receb Tayyib Erdogan isə Qazaxıstana səfərini ləğv edib. Və mətbuata hücumla bağlı ilk məlumatları çatdırıb.

"TÜRKİYƏ BOYUN ƏYMƏYƏCƏK"

Mətbuat konfransında Erdogan deyib ki, “Türkiyənin düşmənləri bilməlidirlər ki, heç bir hücumlara boyun əyməyəcəklər. Terroru dəstəkləyənlərin hamısı bilsin ki, bu dövlətin nəfəsini daim öz arxalarında hiss edəcəklər”.

Baş nazir Türkiyə hökumətinin həm terrorla mübarizə aparacağını, həm Konstitusiya dəyişiklikləri yoluyla terrordan istifadə imkanlarını yox edəcəklərini vurğulayıb.

TÜRKİYƏ PREZİDENTİ ILK DƏFƏ “İNTİQAM” DEDİ

Türkiyə prezidenti Abdullah Gul isə ilk dəfə intiqam ifadəsindən istifadə edib. Deyib ki, Bu acını bizə çəkdirənlər, qat-qat artığını çəkəcəklər. Bu hücumun intiqamı qat-qat ağır alınacaq və Türk dövlətinə savaş açanlar silahla bir şey əldə edə bilməyəcəklərinə əmin olacaqlar.

KÜRD PARTIYASI - BDP ATƏŞKƏSƏ ÇAĞIRIR

Türkiyə parlamentindəki kürd partiyası olan BDP sədri Selahattin Demirtaş ve həmsədri Gültan Kışanak hücumu qınayıb, və həm dövləti, həm də PKK-nı bir saniyə də itirmədən müharibəni dayandırmağa çağırıb.


İRAQIN KÜRD HÖKUMƏTİ HÜCUMU QINAYIR

İraqın Şimalındakı Kürd Muxtar Vilayətinin prezidenti Mesut Barzani Türkiyə baş naziri Recep Tayyip Erdogana zəng edib, hücumu kəskin şəkildə qınadıqlarını və “hücumun kürd xalqı və türk-kürd qardaşlığını hədəf aldığını” deyib.

TÜRKİYƏ BAYRAQLARA SARILIB

Hücum və itkilər haqda xəbərlərin yayılmasından sonra minlərlə adam Türkiyənin müxtəlif şəhərlərində küçələrə çıxıb. Əllərində Türkiyə bayraqları olan vətəndaşlar PPK və terror əleyhinə şüarlar səsləndirib, dərhal terrorçuların kökünü kəsməyi tələb ediblər.


SON 18 ILIN ƏN QANLI HÜCUMU

1984-cü ildən PKK yaraqlıları Türkiyə hökumətinə qarşı silah qaldırıblar. O vaxtdan bəri bu müharibədə və terror hücumlarında 40 min nəfər həlak olub.

Oktyabrın 18-də Hakkaridəki hücum Türkiyə ordusu üçün son 18 ilin ən qanlı hücumu olub.

1993-cü ildə PKK terrorçularının Bingöldəki posta hücumunda 33 əsgər həlak olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG