Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Türklər Bakıda Cümə məscidi tikmək istəyir


Şəhidlər xiyabanındakı Cümə məscidi
Şəhidlər xiyabanındakı Cümə məscidi
Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcək. Birgə müraciət Bakıda Cümə məscidinin tikintisi ilə bağlı olacaq.

Şeyxülislam Allahşükür Paşazadə isə Bakıda tikilmiş “Şəhidlər” məscidinin kiçik olduğunu deyib: “İndi də həmin məsciddə eyni vaxtda bir neçə min şəxsin namaz qılması mümkün deyil”.

“Şəhidlər” məscidinin sökülməyəcəyini bildirən A. Paşazadə orada kütləvi namaz qılmağın mümkün olmadığını qeyd edib:

“O vaxt məscid orada tikiləndə söyləmişdim ki, məscid orda tikilməsin, çünki ora çox darısqaldır. Orada namaz vaxtı 200-300 nəfər yerləşir, ancaq cümə günlərində ora gələnlərin sayı min nəfəri keçir. Düşünürəm ki, başqa bir yerdə yeni məscidin tikilməsinə ehtiyac var. Ona görə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edirik ki, Bakıda Cümə məscidinin tikilməsi üçün yer ayrılsın”.
XS
SM
MD
LG