Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 23:32

Şəhriyarın indiyəcən çap edilməmiş memuarları nəşrə hazırlanır


Şəhriyar
Şəhriyar
İranda görkəmli Azərbaycan şairi Şəhriyarın yeni kitabı – poeziya antologiyası çap ediləcək.

Kitaba onun təxminən 500 şeiri ilə yanaşı indiyəcən çap edilməmiş memuarları da daxil ediləcək.

Kitabı şairin dostu Əli-reza Pour-bozorg Vafi tərtib edəcək – Şəhriyarın oğlu Hadi Behcət Təbrizi ilə birlikdə.

“Şəhriyarın indiyəcən çap edilmiş memuarları əsasən ümumi məsələlərə aid olub.

İlk dəfə çapa hazırladığımız memuarlar isə daha çox şəxsi səciyyə daşıyır” – deyə Pour-bozorg Vafi İran mətbuatına bildirib.

“O mənim köhnə dostum idi və biz adətən müxtəlif mövzularda, o cümlədən musiqi, poeziya və hətta sosial məsələlər haqda danışardıq.

Memuarların bir hissəsi də mənim onunla söhbətlərimə aid olacaq”.

Şəhriyar təxəllüsü ilə tanınan, həm Azərbaycan türkcəsi, həm də farsca şeirlər yazmış Seyid Məhəmməd Hüseyn Behcət Təbrizi (1906-1988) həm də İranın ən məşhur şairlərindən sayılır.

Həmçinin oxu
Şəhriyarın büstü oğurlandı
XS
SM
MD
LG