Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:09
Görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın Tehrandakı büstü oğurlanıb. Hadisə bir neçə gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.

“Media forum” saytının məlumatına görə, naməlum şəxslər gecə vaxtı Tehranın Daneşcu (tələbə) parkında, Tehran Şəhər Teatrının qarşısında olan büstü yerindən qoparıb aparıblar.

Tehran meriyasının rəsmisi Müctaba Musəvi jurnalistlərə açıqlamasında deyib ki, paytaxtda əvvəllər də bir sıra şəxsiyyətlərə qoyulmuş büstlər oğurlanıb: “Şəhriyarın büstünün oğurlanması bizi çox təəccübləndirdi. Hazırda məsələni araşdırırıq”.

Mərhum heykəltəraş Əli Qəhharinin tuncdan düzəltdiyi “Ustad Şəhriyar” büstü Tehran Şəhər Teatrının qarşısına bir il əvvəl qoyulmuşdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG