Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Tanınmış fransız yazıçısının əsəri - orijinaldan çevrildi


“Qanun” nəşriyyatı tanınmış fransız yazıçısı Jan Eşnozun (Jean Echenoz) “Royal arxasında” romanını Azərbaycan dilində nəşr edib.

Əsəri fransız dilindən Cavanşir Yusifli çevirib.

2003-cü ildə işıq üzü görmüş “Royal arxasında” romanı oxucu və tənqidçilərin böyük rəğbətini qazanıb.

Əsərin baş qəhrəmanı, istedadlı pianoçu özünü büsbütün mu­si­qi­yə həsr edir və məşhurlaşır.

Bir gün öz uğurlarının köləsinə çevrildiyini anlasa da, artıq nəyisə dəyişmək əlində deyil.

Elə bu aralarda faciəli şəkildə həlak olur. Ölümdən sonra onunçün yeni, qəribə həyat başlanır.

Eşnozun romanındakı yeraltı dünya nə qədim yunan Aidinə, nə də Dantenin cənnət-cəhənnəminə bənzəyir.

Qəhrəmanı acı tale gözləyir: bundan belə o, yenə də mövcudluğunu davam etdirir, lakin nə əvvəlki peşəsi ilə məşğul ola, nə də bun­dan əvvəl, haçansa sevdiklərini sevə bilər…

Jean Echenoz 1947-ci ildə Fransada anadan olib və indi Parisdə yaşayır. İndiyəcən 12 roman yazmış yazıçı çoxlu sayda ədəbi mükafatlara, o cümlədən nüfuzlu Qonkur mükafatına layiq görülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG