Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:15

Kristof Ştrasserə viza verilməyib


Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasser
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasser
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasser (Christoph Strässer) Azərbaycana səfər üçün ona viza verilmədiyini deyir.

Məruzəçi avqustun 16-da AzadlıqRadiosunun göndərdiyi sorğuya cavabında yazır:

«Azərbaycan hakimiyyəti Kristof Ştrasserin Azərbaycana səfərinin təşkilində əməkdaşlıq etmir, baxmayaraq ki, Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyət üzrə mandatı bir neçə dəfə təsdiqləyib. Azərbaycan səfirliyinə viza üçün edilən müraciət rədd olunub»- cavabda belə deyilir.

Kristof Ştrasser bu il iyunun 15-də AzadlıqRadiosuna bildirmişdi ki, viza üçün rəsmi müraciət edib, cavab gözləyir.

Avqustun 8-də «İnsan haqları uğrunda» İctimai Hərəkatın rəhbəri Eynulla Fətullayev jurnalistlərə deyib ki, noyabrın 4-də Bakıda QHT-lərin, insan haqları müdafiəçilərinin, təşəbbüs qruplarının iştirakı ilə konfrans keçirməyi planlaşdırır. Onun sözlərinə görə, «Cənab Ştrasseri bu konfransa da buraxmasalar, bu, böyük beynəlxalq qalmaqal olacaq».

Kristof Ştrasser isə yazır ki, Azərbaycana səfərini reallaşdırmaq yönündə işini davam etdirəcək:

«Mən payızda Azərbaycanda keçiriləcək mülki cəmiyyət konfransına dəvəti qəbul etmək istəyirəm. Bu istiqamətdə baş verənlərin Hüquqi İşlər və İnsan Haqları Komitəsinin növbəti iclasında müzakirəsini təmin edəcəyəm».

Azərbaycanın Almaniyadakı səfirliyinin 1-ci katibi, səfirliyin konsulluq məsələləri üzrə əməkdaşı Elşad Məcidov isə AzadlıqRadiosuna deyir ki, Kristof Ştrasser adlı şəxs onlara viza üçün müraciət etməyib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə məsələni araşdırıb AzadlıqRadiosuna məlumat verəcəyini bildirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG