"Qanun" nəşriyyatı tanınmış Amerika yazıçısı Den Braunun daha bir romanını ilk dəfə Azərbaycan dilində nəşr edib.
"Mələklər və iblislər" adlanan romanı Azərbaycan dilinə Yaşar Əsədov çevirib.
Nəşriyyat əsəri oxucuya belə təqdim edir:
“İllüminati”. Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də…
Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır?
Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəf–müqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər…