Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:30

“Cevdet Bey ve Oğulları”nın rolları kimə çatdı?


Kıvanç Tatlıtuğ

Tanınmış türk aktyoru Kıvanç Tatlıtuğ yeni mövsümdə yenə nəhəng bir layihədə ekranda olacaq.

”Aşk-ı Memnu'”dan sonra filmlərə ara verən Tatlıtuğ bu dəfə Nobel ödüllü türk yazarı Orhan Pamukun ilk romanı olan “Cevdet Bey ve Oğulları” əsasında çəkiləcək televiziya filmində rol alacaq.

Habertürk-ün verdiyi məlumata görə, Tatlıtuğun tərəf müqabili “Tiyatro Krek”in 'Güzel Şeyler Bizim Tarafta' adlı tamaşasında canlandırdığı başı örtüklü Ayşe roluyla diqqət çəkən Öykü Karayel olacaq.

Filmdə rol alacaq başqa bir aktyor isə Tolqa Kareldir...

Türkiyə teleməkanında keçən mövsüm sona çatan 'Yaprak Dökümü' serialının yerini dolduracağı deyilən “Cevdet Bey ve Oğulları”nın ssenarisini “Fatmagül’ün Suçu Ne?” və “Aşk-ı Memnu” filmlərinə də imza atan Ece Yörenç və Melek Gençoğlu yazacaqlar.

Yeni film Kanal D-də yayınlanacaq.

Həmçinin oxu
Pamukun Türkiyədə 3 il qapı-qapı gəzib çapına çalışdığı roman...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG