Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 16:06

Dövlət qulluğuna qəbul üçün yaş senzi tətbiq olunacaq


Hakimliyə namizədlərin imtahanı, 4 mart 2007
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı yaş senzi tətbiq olunacaq.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sektor müdiri Vüqar Əsgərov deyib.

O xatırladıb ki, indiyə qədər dövlət qulluğuna qəbul üçün qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıb:

«Dövlət qulluğunda yuxarı yaş senzinin 65 yaş müəyyən olunmasından sonra dövlət qulluğuna qəbulda da yaş senzi tətbiq olunacaq və bu yaş senzi 65 yaşa kimi müəyyənləşəcək».

V. Əsgərov deyib ki, yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq:

«Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və stimul yaradacaq». /APA/

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG