Dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat və təhsil müəssisələrində çalışanlara 65 yaş məhdudiyyəti tətbiq olunmayacaq.
Buna Milli Məclisin Sosial siyasət komitəsinin mayın 31-də keçirilən iclasında qərar verilib.
İclasda Əmək Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.
Prezident İlham Əliyevin təqdim etdiyi layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur. 65 yaşına çatmış işçinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər.
Düzəlişdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İŞLƏMƏYƏN ALİMLƏRİN PENSİYALARI ARTIRILACAQ
Elmlər namizədlərinin və elmlər doktorlarının pensiyaları artırılır.
Mayın 31-də Milli Məclisin Sosial siyasət komitəsi «Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər layihəsini parlamentin plenar iclasına təqdim edib.
Layihəyə əsasən, elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, hazırda işləməyənlərin əmək pensiyalarının baza hissəsi elmlər doktoru dərəcəsi üzrə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) üzrə 120 manat artırılır
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə 4500 elmlər namizədi və 1460 elmlər doktoru var.
«YOLDA TIXACLARIN ƏLİNDƏN MÜĞƏNNİLƏR TOYA GECİKİR,
«Eurovision» müsabiqəsində də müğənnilər gəlib konsertə çatmasalar, biabırçılıq olacaq».
Bunu deputat Etibar Hüseynov Milli Məclisin iclasında «Yol hərəkəti haqqında» qanuna əlavələrin müzakirəsi zamanı deyib.
Deputat Cavid Qurbanov isə bildirib ki, Bakıda tıxac yox, sıxlıq var və «Eurovision» yarışması zamanı bu sıxlıq daha da artacaq.
C. Qurbanov deyib ki, şəhərdə taksi dayanacaqları olmadığından taksilər yol kənarında dayanmaq məcburiyyətindədir. O bildirib ki, 70-dən çox taksi dayanacağı və 124 yeraltı dayanacaq tikilməlidir.
C. Qurbanov onu da əlavə edib ki, əslində tikinti aparmaq üçün yer də yoxdur. Bununla belə, onlar taksi dayanacaqlarının tikilməsi üçün hökumətə təkliflər hazırlayıblar.