"Qanun" nəşriyyatı “Ən yeni tərcümə” seriyasından növbəti kitabı - tanınmış Braziliya yazıçısı Paulo Koelyonun “Kimyagər” əsərini Azərbaycan dilində çap edib.
Geniş oxucu auditoriyasına hesablanan bu əsəri müxtəlif cür oxumaq mümkündür.
Kimin üçünsə bu, qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralardır, kimin üçünsə misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, kimin üçünsə böyük fəlsəfi fikirlərin ifadəsi, kimin üçünsə əsl sevgi romanı.
Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub.
Koelyonun "Kimyagər" romanı ilk dəfə 1988-ci ildə çap edilib. Kitab indiyəcən 70-ə yaxın dilə tərcümə edilib və bütün dünyada 65 milyon tirajla satılıb.