Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

İsa Qəmbərin oğlu səhhətinə görə hərbi xidməti yarıda kəsməli olub


Azerbaijan - İlkin Gambar, the son of opposition lider İsa Gambar
Azerbaijan - İlkin Gambar, the son of opposition lider İsa Gambar
Dörd ay əvvəl hərbi xidmətə çağırılan Müsavat partiyasının başqanı İsa Qəmbərin oğlu İlkin bugünlərdə ordudan tərxis edilib. "Yeni Müsavat" qəzetinin xəbərinə görə buna səbəb onun ağır vəziyyətdə gətirildiyi hərbi hospitalda bir neçə həftəlik müalicəsinə baxmayaraq sağlamlığının bundan sonra ordu sıralarında xidmətə imkan verməməsidir.

Qəzetin məlumatına görə İlkin Qəmbərin səhhəti ilə bağlı bir neçə dəfə həkimlərin konsiliumu keçirilib. Belə məlum olub ki, İlkin Qəmbər səhhətindəki problemlərə görə ümumiyyətlə ordu sıralarına aparılmamalıydı. Üstəlik, onu Şəmkirdəki hərbi hissədən cəbhənin ön xəttinə aparmaqla sağlamlığına ciddi problem yaradılıb.

Bəzi iddialara görə, İlkin Qəmbərin ön xəttə keçirilməsi Azərbaycanın müxalifət lideri olan atası İsa Qəmbərə təzyiq etmək məqsədi ilə həyata keçirilib.
İlkin Qəmbərin ordu sıralarından tərxis olunması xəbərini onun ailə üzvləri də təsdiqləyiblər. Ailəsi bildirir ki, 20 gün ərzində aparılan müalicə onun həyatına birbaşa təhlükəni aradan qaldırsa da, İlkin Qəmbərin əlavə və ciddi müalicə almasına ehtiyac var.
XS
SM
MD
LG