Səs: Real audio
Daxili İşlər Nazirliyinin sözçüsü Müsavat başqanına hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür Müsavat Partiyasının başqanı İsa Qəmbər avqustun 11-də keçirdiyi mətbuat konfransında ona və başçılıq etdiyi partiyaya qarşı təxribatlar hazırlandığını dedi. Cənab Qəmbərin sözlərinə görə, ortaya onun və ailəsinin yüksək mənəviyyat sahibi olmadığını göstərməyə cəhdlə yanaşı, hansısa dini təşkilatlarla əlaqəli olması haqda da fikirlər atılacaq.
O, iddia edir ki, oğlu, Bakı Dövlət Universitetinin tələbəsi və «YOX» Gənclər Hərəkatının keçmiş koordinatorlarından biri İlkin Qəmbərə qarşı da təxribat ssenarisi hazırlanıb: «Plan yaxın günlərdə işə düşməlidir. Bu məqsədlə gənc qadınlardan istifadə olunacaq».
Hakimiyyəti belə davranışlara son qoymağa çağıran Müsavat başqanı ölkədə demokratik dəyişikliyin qaçılmaz olduğunu və bu prosesin Azərbaycan üçün rahat, qanuni çərçivədə aparılmasının mümkünlüyünü söylədi.
Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Bahar Muradova isə hesab edir ki, İsa Qəmbər hakimiyyəti ittiham etməklə obyekti düzgün seçməyib: «Onun dedikləri ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır».
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov da eyni fikirdədir: «İsa Qəmbər özünə və ailəsinə qarşı hər hansı təhlükə hiss edirsə bu haqda yaşadığı ərazinin hüquq-mühafizə orqanlarına məlumat versin».
Bu günlərdə AXCP sədri Əli Kərimli də hakimiyyətin ona və rəhbərlik etdiyi partiyaya qarşı təxribat planları hazırladığını bəyan etmişdi.