Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:55

Gəncədə balkon davası


Mənzillərin layihədən kənar artırılan hissələrinin sökülməsinə başlanıb
Gəncənin bir qrup sakini ilə polis arasında qarşıdurma olub

Şəhərin Nərimanov prospekti, bina 30-da yerləşən mənzillərin layihədən kənar artırılan hissələrinin sökülməsinə başlanıb. Bu isə sakinlərin narazılığına səbəb olub:

«20 ildir ki, bizim mənzilimizdə artırma var, bu qədər icra başçısı olub, heç biri bunu sökməyib, indi təzə gələn başçı belə bir göstəriş verib».

Sakinlər AzadlıqRadiosuna həmçinin deyiblər ki, mənzilləri darısqal olduğundan yerli icra strukturlarının razılığı ilə artırma işləri aparıblar. Onlar indi söküntü əvəzində kompensasiya tələb edirlər.

Sakinlərin etirazları zamanı polislə qarşıdurma olub. Aralarında qadın olmaqla bir neçə nəfərin saxlandığı bildirilir.

Gəncə polis İdarəsinin rəisi Rasim Musayev AzadlıqRadiosuna mənzillərdə artırma işlərinin sökülməsini təkzib edib. O, deyib ki, binaların qarşısında səki düzəldilir və heç kim saxlanmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG