Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:36

Fəzail Ağamalı İTV-ni tənqid edib


Fəzail Ağamalı
«İctimai Televiziya ölkədə gedən bütün ictimai-siyasi proseslərdən hökmən görüntülər yaymalı, məlumatlar verməlidir, informasiyanı xalqın diqqətinə çatdırmalıdır. Bu işdə yetərincə nöqsanlar var».

Bunu martın 18-də Milli Məclisin iclasında İTV Yayım Şurasının tərkibi təsdiq edilərkən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O, bu televiziyanın uğurlarıyla yanaşı, qüsurlarının olduğunu da diqqətə çatdırıb.

Deputatın fikrincə, İTV parlamentin iclaslarından, deputatların çıxışlarından da yetərincə məlumat yaymır:

«İctimai Televiziyanın fəaliyyətinə diqqət yetirəndə elə təəssürat yaranır ki, verilişləri eyni şəxslər hazırlayır, ümumiyyətlə, rəngarəngliyin olmadığı müşahidə edilir».

Deputat ümid edir ki, Yayım Şurasının martın 18-də təsdiqlənən üzvləri bu məsələdə öz sözlərini deyəcəklər.

Fəzail Ağamalı İTV rəhbərliyinə də üz tutaraq deyib ki, verilişlər hazırlanarkən ayrı-seçkiliyə yol verilməsin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG