Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 05:50

İTV Yayım Şurasına üzvlər təsdiqləndi


Martın 18-də Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üzvlərinin yerinə yenilərini təsdiqləyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor institutunun şöbə müdiri Muxtar İmanov və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli Şuraya üzv seçiliblər. Onlardan ikisi - Aqil Dadaşov və Cahangir Məmmədli Şuraya ikinci dəfədir təsdiq edilir.
XS
SM
MD
LG