«Qızıl kəllə» futbolçu. Azərbaycanda bir çoxları məhz onu bu adla xatırlayır. Bu heç şübhəsiz ki, Anatoli Banışevskidir. Vaxtsız həyatdan köçməsəydi fevralın 23-də onun 65 yaşı tamam olacaqdı.
«BANIŞEVSKİ OLDUĞU KİMİ»
«Anatoli Banışevski öz dövründə Azərbaycanın yetişdirdiyi ən görkəmli sima idi və bu məhəbbəti öz oyunu ilə qazanmışdı».
Bunu 1970-cı illərdən idman jurnalistikası ilə məşğul olmuş və «Banışevski olduğu kimi» kitabının müəllifi Şakir Yaqubov deyir:
VİTALİ STARUXİNİN ƏBƏDİ MÜƏLLİMİ...
- Özü də oyun texnikasına görə taran tipli mərkəz hücumçusu idi və onun komanda daxilində oyun ərzində əsas işi qol vurmaq idi. Onu sovet futboçuları arasında fərqləndirən cəhət o idi ki, başla dəqiq və məhsuldar oynayırdı. 1980-ci illərdə Donetski şəhərinin «Şaxtyor» komandasının başla oynayan Vitali Staruxin karyerasının son vaxtlarında verdiyi müsahibəsində Banışevskini öz əbədi müəllimi saydığını bildirmişi.
«KUMİRİ DÜNYA FUTBOLUNUN ƏFSANƏSİ PELE İDİ»
«Anatoli 14 yaşından futbol oynayırdı». Bunu isə Banışevskinin bacısı Lidiya Həşimova deyir. Bacısı iki oğlan, iki qızın böyüdüyü ailədə yalnız Anatolinin futbola həvəs göstərdiyindən danışır: «O bütün varlığı ilə futbolu sevirdi. Həmişə deyirdi ki, bir də doğulsaydım, yenə də futbolu seçərdim. Kumiri dünya futbolunun əfsanəsi Pele idi.».
Lidiya xanım deyir ki, hər qələbədən sonra o, çox sevinirdi: «Həm Azərbaycanın adına, həm də öz adına görə çox sevinirdi».
Anatoli Banışeviski 1964-ci ildən 1978-ci ilə qədər «Neftçi» komandasında oynayıb. 1965- ci ildən 1978-ci ilə qədər isə SSRİ-nin yığma komandasına da dəvətlər alıb. Şakir Yaqubov deyir ki, ad-sana baxmayaraq, həm yerli, həm də SSRİ mətbuatı onun barəsində az yazıb.
Barəsində az yazılsa da, Anatoli Banışevski öz oyunu ilə sovet ölkəsi ilə yanaşı, dünya futbol ictimaiyyətinin də diqqətini cəlb edirdi. Şakir Yaqubov deyir ki, o dövrdə yaxşı futbolçular dövlətin bütün diqqəti, qayğısı ilə əhatələnmişdilər və heç bir maddi sıxıntıları yox idi:
- Onu «Spartak», Kiyevin «Dinamo» komandası təkidlə çağırırdı. Banışevski isə bütün varlığı ilə Bakıya bağlı idi. Ömrünün son günlərində onunla söhbətimdə bununla bağlı söhbət düşəndə belə bir söz dedi: «O vaxt fikirləşirdim ki, Moskvaya köçsəm, orda necə yaşayacam, kim məni idarə edəcək?».
Amma Şakir Yaqubovun fikrincə, Banışevskinin «Netfçi»yə sadiqliyinin arxasında bir incə məqam da vardı. Bu da respublika rəhbərlərinin ölkənin futbol komandalarına qeyri-rəsmi rəhbərliyi və digər respublika ilə rəqabətlik şəraiti idi ...
- Hərçənd, bir dəfə özünü Bakıda artıq adam hesab eləyib Odessaya getmişdi. Amma iki il orda qalsa da, oynamadı, 1974-cü ildə yenidən Bakıya qayıtdı.
YAXIN ÇEVRƏ, ULDUZ XƏSTƏLİYİ VƏ «PRİMA»
«Banışevskinin futbolçu karyerasına onun çevrəsi son qoydu». Bu da Şakir Yaqubovun fikridi. Deyir ki, karyerasının son illərində Banışevski artıq «ulduz xəstəliyinə» tutulmuş və idmançı rejiminə zidd həyat tərzinə üstündük vermişdi.
- 70-ci illərin ortalarında «Netfçi»nin bazasına getmişdim. İdman jurnalisti kimi bəzən onlarla bir yerdə bazada da gecələyirdim. Bir gün də məşqə getmişdim, Banışevski də gəlib yanımdı oturdu, o dövrdə ən zərərli və üçüncü dərəcəli siqaret sayılan «Prima»dan birini götürüb damağına qoydu. Yoldaşları məşq edirdi, o isə damağında siqaret onların oyununu izləyirdi.
«Əgər Banışevski iki il də komandada qalsaydı, yəqin ki, «Neftçi»yə yeni gələn gənclər daha peşəkar olacaqdılar». Bunu da Banışevski ilə iki il «Netfçi»də çiyin-çiyinə çalışan vetaran futbolçu İsgəndər Cavadov deyir:
“O gedəndə mən çox həyacan keçirirdim ki, biz nə olacağıq...”
- Biz çox gənciydik, fəxr eləyirdik ki, Banışevski ilə bir meydançada oynayırıq. Gənclərə diqqətlə yanaşırdı. Məsələn, mən nədəcə səhv edəndə yaxınlaşırdı, məsləhətini verirdi. O gedəndə mən çox həyacan keçirirdim ki, biz nə olacağıq... Banışevskidən sonra komanda «ağsaqqalsız» qaldı. Çox çətinliyimiz oldu. Banışevski olsaydı, oyunu qurar, idarə edərdi. Gərək meydanda şəxsiyyətlər olsun. Meydanda şəxsiyyətlər olanda isə gənc futbolçulara oynamaq daha rahat olur.
«FEDOTOV» KLUBUNUN ÜZVÜ
«Banışevskinin 100-cü qolu» da həyatında önəmli yer tutan epizodlardan biridir. Axı «Fedotov» klubunun üzvü olmaqdan söhbət gedirdi. İsgəndər Cavadov 100-cü qolun şahidi və səbəbkarlardan biridir.
- Banışeviskinin iki qolu çatmırdı. 1978-ci ildə SSRİ çempionatında biz Dnepvepetrovski komandasına qarşı oynayırdıq. Onda kömək elədik ki, Banışevski iki qolu da vursun ki, o kluba düşsün.
«Mən onun futbolçu kimi son günlərini yaxşı xatırlayıram, mənim 65 yaşım var, Banışevski 32 yaşında bu cür görünürdü», - deyir Şakir Yaqubov:
- Kitabımda onun son illərinə aid şəkillərini də vermişəm. Elə şəkillərdən də görünür ki, artıq kökəlib. Meydançada qaçmaq əvəzinə sadəcə yeriyirdi. Məşqlərə can yandırmaması, arada fasilələrə yol verməsinin nəticəsi bu oldu ki, Banışevski futbolçu karyerasına tez son verdi.
«MƏN BANIŞEVSKİYƏM»
1978-ci ildən sonra tanınmış futbolçu meydan karyerasına məşqsi kimi dönür. Bir müddət Afrika ölkələrinin birində məşqçi kimi işləyir, orda şəkər xəstəliyi tapandan sonra isə Azərbaycana qayıdır və müxtəlif komandalarda sıravi məşqçi kimi çalışır. Arada o dövrdə «Spartak» adı ilə tanınan stadionun direktoru olur. Şakir Yaqubov deyir ki, müstəqillik illərində o, Gənclər və İdman nazirliyindən 20 min manat, yəni o dövürün ifadəsi ile 2 «şirvan» Olimpiya təqaüd alırdı.
- Bu o vaxt idi ki, o, tamam xəstə idi. Ailəsi cibinə «mən Banışevksyəm» və ünvan yazılan kağız qoymuşdu ki, əgər şəhərə gəzintiyə çıxanda yolu-irzi səhv salsa, onu evə gətirə bilsinlər. Yaddaşını itirmişdi.
SSRİ yığmasının tərkibində Anatoli Banışeviskinin də oynadığı komanda bir dəfə dünya çempionatının bürünc medalını, Avropa çempionatının gümüş medalını qazanmışdı. Hətta o Braziliya yışmasına atdığı qolla helə indi də bir çoxlarının yaddaşındadır. Onun doğma kulubu «Neftçi» isə yalnız 1966-cı ildə bürünc mükafata sahib olmuşdu.
Şakir Yaqubov deyir ki, o, hələ əlli il sonra da Banışevski uğurlarına imza atası bir azərbaycanlı futbolçunun yetişəcəyinə inanmır.
Ancaq kim bilir? Bəlkə də…