Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Yerevandadırlar. Fevralın 9-da həmsədrlər – ABŞ-dan Robert Bradtke, Rusiyadan İqor Popov və Fransadan olan Bernard Fassier, həmçinin də ATƏT-in sədrinin şəxsi nümayəndəsi Andzey Kaspshik Ermənistanın Xarici İşlər naziri Edward Nalbandianla görüşüblər.
Görüşdən sonra jurnalistlərə heç bir məlumat verilməyib. Xarici İşlər Nazirliyi qısaca bildirib ki, bu gün Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirlərinin yanvarın 24-də baş tutan Moskva görüşlərinin yekunları müzakirə edilib.
Həmsədrlər günün sonunda da Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər. Yerli medianın xəbərinə görə hava şərtləri imkan versə, həmsədrlərin vertolyotla Yerevandan Xankəndinə gedəcəkləri gözlənir.
Fevralın 10-da isə həmsədrlərin Bakıya səfərləri nəzərdə tutulur.