Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:21

Assange deyir ki, Isveç bəhanədir


Assange bu gün London məhkəməsinə gələndə
Assange bu gün London məhkəməsinə gələndə

Wikileaksin yaradıcısı Julian Assange Britaniya məhkəməsini inandırmağa çalışır ki, onu İsveçə verməsinlər.

Çünki İsveç də öz növbəsində onu Amerikaya təhvil verə bilər. Vəkillərinin dediyinə görə isə “Amerikada Assange edam oluna bilər.”

Assange-ın vəkilləri Britaniya məhkəməsindən xahiş edirlər ki, İsveçin nə sualı varsa, Assange həmin suallara Britaniyadan cavab versin.

Assange-ın vəkili Robertson britaniyalı hakimə deyib: “İsveçdə məhkəmə qapalı olacaqsa, onun ədalətinə təminat varmı?”

İsveş rəsmiləri bu gün bir daha təsdiqləyiblər ki, Assange-ı Britaniyadan alsalar, zorlama ittihamları ilə məhkəmə qapalı olacaq.

Britaniya məhkəməsi bu gündən başlayaraq Assange-ı İsveçə verib-verməmək məsələsinə baxır.
İki gün çəkəcək məhkəmə Assage-ı zorlamada ittiham edən İsveçin dəlil-sübutlarının ekstradisiyaya kifayət edib-etməməsini araşdırır.

ASSANGE NƏDƏ İTTİHAM OLUNUR?

Britaniya məhkəməsinin ilkin dinləməsində İsveç prokurorluğunu təmsil edən Gemma Lindfield deyib ki, Assange Wikileaks saytına könüllü kömək göstərən iki qadınla seks zamanı qadınların xahişinin əleyhinə olaraq qoruyucu vasitələrdən istifadə etməyib.

Qadınlardan birinin dediyinə görə, o yatarkən, Assange onunla qoruyucu vasitəsiz cinsi əlaqədə olub.

İsveçli prokuror Lindfield deyib ki, İsveç qanunlarına görə bunlar zorlamadır.

Bu ittihamlarla Assange İsveçdə 4 il həbs cəzası ala bilər.

Amerikanın diplomatik teleqramlarını yaymaqla dünyanı bir-birinə vuran 39 yaşlı avstraliyalı, kompüterçi Assange isə bütün bunları bəhanə hesab edir. Onun fikrincə, əsas məqsəd onu Amerikaya verməkdir. Onun sözlərinə görə, Amerika onu diplomatik teleqramları yaydığına görə cəzalandırmaq istəyir.

ASSANGE-IN AMERİKDAN QORXUSU, DEYƏSƏN, CİDDİDİR

Dövlət katibi Hillari Klinton deyib ki, teleqramları “oğurlayanları” məsuliyyətə cəlb etmək üçün Amerika aqressiv addımlar atacaq.
Klinton deyib ki, teleqramların yayılması insanların həyatını təhlükəyə qoyub, Amerikanın milli təhlükəsizlik maraqlarına təhlükə yaradıb.


İsveçin verdiyi sanksiya ilə Britaniyada həbs olunmuş Assange 9 gün həbsxanada yatandan sonra Milad bayramı ərəfəsi girov müqabilində azadlığa buraxılıb.
Girovun məbləği 200 min funt sterlinqdir ( 322 min dollar) .

Şərtə görə, Assange qolunda elektron bilərzik gəzdirir, hər gün gəlib polis idarəsində qeyd olunur.

Reutersin məlumatına görə, Assange-ın İsveçə verilməsi məsələsində Britaniya məhkəməsi iki məsələni araşdıracaq: Assange doğrudan da cinayət törədibmi və onun İsveçə verilməsi Assange-ın insan haqlarını pozmur ki.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG