Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 11:08

WikiLeaks Nobel Sülh Mükafatına təqdim edilib


Norveçdə Sosialist Sol Partiyasından olan millət vəkili Snorre Valen WikiLeaks saytını 2011-ci ilin Nobel Sülh Mükafatına təqdim edib. Onun fikrincə, WikiLeaks ifadə azadlığı, şəffaflığın təmin edilməsi sahəsində töhfələrinə görə bu mükafata layiqdir.

Adətən beşnəfərlik Nobel Komitəsi irəli sürülən namizədlərin adlarını gizli saxlayır. Amma Komitənin qaydalarında namizədlərin adlarının elan edilməsinə qadağa da yoxdur.

2011-ci ilin Sülh Mükafatı laureatı bu ilin oktyabrında elan ediləcək.

WikiLeaks saytı ötən ilin sonlarından ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən göndərdikləri gizli məktubları yaymağa başlayıb. Vaşinqton gizli sənədlərin yayılmasını qanunsuz adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG