Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 02:31

Tokyo ilə Moskvanın Kuril mübahisəsi yenə qızışır


Yaponiya Rusiya Müdafiə nazirinin mübahisəli Kuril adalarına səfərinə etiraz edərək bunun iki ölkə arasında onsuz da rəvan olmayan münasibətləri bir qədər də gərginləşdirəcəyini bildirib.

Yaponiyanın Xarici İşlər naziri Seiji Maehara nazirin adalara səfərinə görə Rusiyanın Tokyodakı səfirini çağıraraq ölkəsinin etirazını çatdırıb.

Rusiya Müdafiə naziri Anatoli Serdıkov bugünlər Moskvanın Cənubi Kuril adaları, Tokyonun isə Şimal Əraziləri adlandırdığı dörd adadan ikisinə səfər edib.

Keçən il noyabrın əvvəlində prezident D.Medvedev həmin adalara səfər edən ilk Rusiya lideri olub. O zaman da iki ölkə arasında diplomatik qalmaqal yaranmışdır.

Bu adaları Sovet qoşunları İkinci Dünya müharibəsinin sonunda tutub. O vaxtdan da Yaponiya ilə mübahisə davam edir.
XS
SM
MD
LG