Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:26

Tanınmışlar Belarusdakı həbslər haqda danışdı


Çexiyanın sabiq prezidenti Vaclav Havel, keçmiş ABŞ prezidenti Corc Buş və bir neçə beynəlxalq təşkilat liderləri AzadlıqRadiosunun Belarus xidmətində “Həmrəylik səsləri” verilişində çıxış edərək Minskdə yüzlərlə fəalın həbsinə diqqət cəlb ediblər.

Yeni il qabağı səslənmiş "Həmrəylik səsi" verilişində keçmiş prezidentlər və beynəlxalq təşkilat liderləri həbs olunmuş şəxslərin adlarını oxuyublar.

Dekabrın 19-da Belarusda keçirilmiş prezident seçkisində Aleksandr Lukaşenko 4-cü dəfə öz kürsüsünü saxlayıb və ölkə müxalifəti bu nəticəyə etiraz edib. Polis yüzlərlə etirazçını, o cümlədən, prezidentliyə namizəd yeddi nəfəri həbs edib. Qərb müş-ahidəçiləri seçkini beynəlxalq standartlara uyğun saymayıb.

Azadlıq Radiosunun “Həmrəylik səsləri” layihəsində digər tanınmış adamlar da çıxış edib. Onların sırasına ABŞ-ın keçmiş dövlət katibi Condoleezza Rice, Milli Demokratiya İnstitutunun prezidenti Carl Gershman, “Freedom House” təşkilatının rəhbəri David Kramer, AzadlıqRaidosunun prezidenti Jeffrey Gedmin və Çexiyanın xarici işlər naziri Karel Schwarzenberg.

ABŞ-ın keçmiş prezindenti Corc Buş Milli Təhlükəsizlik Orqanlarının həbs etdiyi 5 prezidentliyə namizədin adını oxuyub.

“Hər bir məhbusun adını oxumaqla biz göstərmək istəyirik ki, onların heç biri yaddan çıxmayıb. Biz keçmiş dissidentlərdən eşitmişik ki, AzadlıqRadiosuna qısa dalğalarda qulaq asmaq üçün məhbuslar həbsxanaya gizli yolla radio keçirdirlər”, - AzadlıqRadiosunun Belarus xidmətinin rəhbəri Alexander Lukashuk deyib.

“Həmrəylik səsləri” layihəsi həm də internetdə yüksək sayda auditoriya toplayıb. Layihə başlayandan sonra tək bir gündə səhifəyə 900 min dəfə baxılıb, 30 mindən çox adam isə audio proqrama qulaq asıb.

Minskdə Belarus rəsmiləri isə beynəlxalq rəylərə əhəmiyyət vermir.

Dekabrın 30-da prezident Aleksandr Lukaşenko bildirib ki, “bir ovuc xuliqan ölkəni alt-üst etməyə cəhd göstərib”. O, işarə edib ki, bəzi etirazçılar ağır həbsxana həyatı ilə üzləşə bilərlər.
XS
SM
MD
LG