Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

Lukaşenkoya rəqib olanın taleyi bilinmir (VİDEO)


Belarusda müxalifətin aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

Belarus müxalifəti Azadlıq meydanında prezident seçkisi ərəfəsində aksiya keçirir

Dekabrın 19-u Belarusda keçiriləcək prezident seçkilərində indiki prezident Lukaşenkonun rəqibi olan Vladimir Neklyayev öz tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Çünki o əmindir ki, prezident seçkiləri saxtalaşdırılacaq. Ancaq eyni zamanda deyir ki, müxalifətçilərin əli-qolu bağlıdır.

“AVROPANIN AXIRINCI DİKTATORU” QƏRBLƏ OYNAYIR

Rəy sorğularına görə, 64 yaşlı şair Neklyayev vaxtilə sovxoz direktoru olan 56 yaşlı Lukaşenkodan sonra ikinci yerdədir.

Düzdür, Neklyayev bu günlərdə min nəfərlik nümayiş keçirdi. Ancaq təhlilçilərin fikrincə, hazırda Qərbdən kredit axtaran Lukaşenko Qərblə oynayır, ona görə müxalifət nümayişlərinə icazə verir.

Bəlkə də məhz Qərbə görə, yuxarıdan idarə olunan rəy sorğularında Lukaşenkoya cəmi 40 faiz dəstək verilir. Bu, çox az görünə bilər, ancaq onun bütün rəqiblərini dəstəkləyənləri bir yerə toplasan, heç 30 faizə çatmır.

Lukaşenko Neklyayevin arxasında Rusiya pullarının durduğunu deyir.

Vladimir Neklyayev
Neklyayev “Reuters”ə müsahibəsində özünün “Həqiqəti deyək” hərəkatına Rusiyadan doğrudan da bəzi pulların gəldiyini etiraf edir. Ancaq o deyir ki, pulu verən Rusiyadakı belarus iş adamlarıdır: “Siyasi pul gəlmir”.

MÜXALİFƏTÇİ İNTİHAR EDİB?

Lukaşenkonun ikinci əsas rəqibi, xarici işlər nazirinin keçmiş müavini Andrey Sannikov isə “Foreign Policy” məcmuəsinə deyib ki, “daha bir siyasi qətli gözləyir”.

Sentyabr ayında onun seçki kampaniyasının rəhbəri müəmmalı şəkildə öldü. Onu asılmış tapdılar. Hakimiyyət bildirdi ki, o, intihar edib.

Ancaq Sannikov deyir ki, bu, Lukaşenkonun 16 illik prezidentliyi dövründə dayanmayan adam oğurluqlarının və ölümlərinin yalnız davamıdır.

Andrey Sannikov
Sannikovun xanımı, araşdırıcı jurnalist olan İrina Xalip deyir ki, mart ayında təhlükəsizlik zabitləri onların evinə gəlib, onun kompyuterini, bütün diskləri, hətta italyan operaları olan bütün CD-ləri də müsadirə edib, apardılar.

RUSİYADAN LUKAŞENKOYA YÜZ MİLYONLUQ DƏSTƏK

Təhlilçilər keçən seçkilərin nəticələrini nəzərə alaraq bu seçkiləri də Lukaşenkonun 80 faiz səslə udacağını gözləyirlər. Seçkidən qabaq Rusiya da Lukaşenkoya açıq dəstək verdi. Dekabrın 8-də Rusiya ilə bağlanmış sazişə görə, Lukaşenko Rusiya neftini vergisiz alıb, Avropaya mənfəətlə sata bilər. Söhbət 4 milyard dollarlıq neftdən gedir.

Belarusda seçkinin nəticəsi bəllidir, bəlli olmayan Lukaşenkonun indiki rəqiblərinin taleyidir.

PREZİDENTİN SEÇKİ RƏQİBİNİN TALEYİ

Belarusun keçmiş iqtisadi inkişaf naziri Mixail Mariniç 2001-ci ildə Lukaşenkonun seçkidə rəqibi oldu, seçki qurtaran kimi 5 il həbs cəzası aldı.

Bu seçkiləri də Lukaşenkonun 80 faiz səslə udacağını gözləyirlər
Onun tibbi kitabçasında yazılmışdı ki, əgər vaxtında dərmanlarını qəbul etməsə, beyninə qan sıza bilər. Həbsxanada ona dərman vaxtında verilmədi və onun beyninə qan sızdı. O bundan sonra da 3 gün dərmansız qaldı.

Onun oğlu iş adamı idi. Atası seçkilərə qatılandan sonra oğulun şirkətinin bütün kanalları kəsildi. İndi o müxalifətçidir.

Parlamentin keçmiş üzvü general Valeri Frolov xatırlayır ki, 2004-cü ildə Lukaşenkoya müxalifətdə olan koalisiyanı yaratmağa kömək edəndə evinin kəndarında 7 maskalı adam onu döydü.

Hazırda “Zabitlər Yığıncağı” adlı təşkilatın sədri olan Frolov “Foreign Policy” məcmuəsinə deyir: “Mənim sözlərimi yadınızda saxlayın. Bütün bu baş verənlərə baxmayaraq Lukaşenkonun günləri sayılır”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG