Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 17:11

Lukaşenko yenidən Belarusun prezidentidir (Video)


Polis müxalifət tərəfdarlarına qarşı
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00
Direct-ə keçid
Belarus polisi gecə saatlarında Oktyabr meydanında (müxalifət bu meydanı Müstəqillik meydanı adlandırır) müxalifətin mitinqini dağıdıb. Silahlı polis qüvvələri meydana girərək aksiya iştirakçılarını zorla ərazidən kənarlaşdırıb.

Azadlıq Radiosu Belarus xidmətinin əməkdaşına hücum olub, onun kamerası zədələnib.

Xüsusi qüvvələr meydanı adamdan necə təmizləy
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00
Direct-ə keçid


Minskdə minlərlə adam gecə saatlarında parlamentin binasına yürüş edib. Onlar binanın qapı və pəncərələrinin şüşələrini sındırıblar. Amma binanın işində olan polis qüvvələri aksiya iştirakçılarını geri qovub. Əraziyə əlavə polis qüvvələri cəlb edilib.

Reuters agentliyinin müxbiri polisin mitinçiləri döyüdüyünü, hətta yaşı qadını vurub yerə yıxdığını bildirir.

***

Azərbaycanlı müşahidəçilər Belarusda prezident seçkilərinin normal keçdiyini deyirlər.

Bunu Trendə Minskdə səfərdə olan MSK Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

O, səsvermə zamanı heç bir qanun pozuntusu aşkar etmədiklərini və seşicilərin fəallığının yüksək olduğunu bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da Belarusdadır.

SEÇKİ BAŞ TUTUB

“Exit-poll” nəticələrinə görə, Belarusda keçirilən prezident seçkilərində hazırkı prezident Aleksandr Lukaşenko 70 faizdən çox səs toplayır.

İkinci və üçüncü yerlərdə isə 4 faiz səslə müxalifətdən olan namizədlər Andrey Sannikov ilə Vladimir Neklyayev gəlirlər.

Son məlumatlara görə, artıq seçkidə seçicilərin yarıdan çoxu iştirak edib və seçkini baş tutumuş hesab etmək olar.

Müxalifət əvvəlcədən nəticələrin saxtalaşdırılacağını demişdi.

Müxalifətdən olan namizədlər seçiciləri məntəqələr bağlanan kimi Minskin mərkəzi meydanına yığışmağa çağırıblar.

Amma hakimiyyət istənilən qanunsuz hərəkətin qarşısının alınacağına dair xəbərdarlıq edib.

Seçkinin gedişini ATƏT-dən 400 müşahidəçi izləyir.

YÜZLƏRLƏ ŞİKAYƏT


Belarusun Mərkəzi Seçki Komissiyasına erkən seçkilər zamanı müşahidəçilərdən yüzlərlə şikayət daxil olub.

Amma MSK bu şikayətlərin seçkiyə elə bir təsir etmədiyini deyir.

LUKAŞENKONUN QALİB GƏLƏCƏYİ EHTİMALI BÖYÜKDÜR

Dekabrın 19-u Belarusda prezident seçkiləri keçirilir. Bu, müstəqil Belarusun tarixində sayca dördüncü prezident seçkiləridir.

Seçikidə 10 namizəd iştirak edir.

İndiyədək keçirilən bütün seçkilərin qalibi olan Aleksandr Lukaşenkonun yenə böyük fərqlə qalib gələcəyi ehtimal edilir.

Belarus qanunvericiliyinə görə, seçicilərin 50 faizinin qatıldığı seçkilər baş tutmuş hesab edilir.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarında 7,095 milyon seçicinin adı var. Səsvermə 6 390 seçki məntəqəsində keçiriləcək.

Aleksandr Lukaşenko Belarusa 1994-cü ildən rəhbərlik edir. O, 2001 və 2006-cı illərdə yenidən dövlət başçısı seçilib.


***

Minskdən gələn məlumatlara görə müxalifətin minlərlə tərəfdarı Belorus paytaxtında etiraz aksiyalarına başlayıb.

AzadliqRadiosunun hadisə yerində olan müxbiri Jamie Kirchick bildirir ki, meydana on minlərlə adam toplaşıb və onlar “Azadlıq!” şüarları səsləndirilər:

- Burda insanlar arasında çox böyük ruh yüksəkliyi var. Müxalifət namizədləri yerə toplaşıblar, onlar mühafizəçilərin əhatəsindədirlər, orada nə müzakirə edildiyi bilinmir. Hələlik namizədlərdən heç biri çıxış etməyib.

Exit polların nəticələrinə görə bu gün keçirilən prezident seçkisini də 17 ildir hakimiyyət başında olan 56 yaşlı indiki prezident Aleksandr Lukaşenko qazanıb.

Lukaşenkodan savayı daha doqquz namizəd seçkidə iştirak edir. Onların çox elə səsvermə gedə-gedə saxtalaşdırmalar haqqında məlumat verməyə başlayıblar. Axşam saat 8-də məntəqələr bağlanan kimi həmin namizədlər tərəfdarlarını seçkinin saxtalaşdırılmasına etiraz olaraq Minskin Oktyabr meydanına çağırıblar.

Müxalifətin əsas namizədlərin olan Vladimir Neklyayevin xanımı Olqa Neklyay Associated Press agentliyinə bildirib ki, əri tərəfdarlarını mitinqə apararkən polis onu döyüb. Prezidentliyə namizəd xəstəxanaya yerləşdirilib.

Bir qədər əvvəl Aleksandr Lukaşenko da mitinq iştirakçılarına xəbərdarlıq edib ki, onlar bu mitinqə görə cavab verməli olacaqlar, çünki Belorus qanunları bu gün mitinqə çıxmağı qadağan edir. Lukaşenko müxalifət liderləri ilə görüçdən də imtina edib:

- Mənim quldurlarla dialoqum mümkün deyil. Mən normal müxalifətlə müzakirə aparıram. Prezident seçkisində iştirak edənlərin arasında da belə normal, məsuliyyətli adamların olduğunu qəbul edirəm.

Müxalifət namizədlərindən olan Baş nazirin keçmiş müavini Andrey Sannikau tərəfdarlarını etiraz aksiyasına çağırmalarının səsəbini bu cür izah edir:

- Aydındırdı ki, Mərkəzi Seçki Komissiyası Lukaşenkonun qalib olduğunu élan edəcək. istənilən başqa normal ölkədə seçkidə bu qədər çox namizəd iştirak edərdisə, nəticələrin müəyyən edilməsi ikinci tura qalardı. Indi onların Lukaşenkonun qalib gəldiyini demələri avtomatik olaraq həm də o deməkdir ki, bu yalandır, seçki saxtalaşdırlıb. Biz də hbuna etiraz edirik.

Avropa Birliyi hələ seçkidən əvvəl bildirib ki, bugünkü seçkinin ədalətli keçirilməsi iqtisadi böhrandan əziyyət çəkən Belorusa maliyyə yardımlarına yol aça bilər. Brüssel seçki barədə qərarını Belorusda seçkini izləyən 400 nəfər qədər ATƏT müşahidəçilərinin élan edəcəkləri hesabat əsasında verəcək. ATƏT-in müşahidəçiləri isə bu seçki barədə ilkin hesabatlarını bazar ertsəi, dekabrın 20-də verəcəklər.

Minskdən forolar





XS
SM
MD
LG